Accessibility links

İraqda zorakılıqlar nəticəsində 27 adam həlak olub, onlarla insan xəsarət alıb.

Bağdadın şimalında iki maşına yerləşdirilmiş bomba hücumları 15 adamın ölümünə səbəb olub.

Başqa bir kamikadze hücumu nəticəsində 7 adam həlak olub. Bağdadın şimal bölgəsindəki Meşahda bazarında həyata keçirilən hücum 20 nəfərin yaralanmasına səbəb olub.

Həmin bölgə İraq qüvvələri ilə İŞİD yaraqlıları arasında döyüşlər aparılan yerdir.

Digər bir zorakılıq nəticəsində 4 əsgər həlak olub. Təcili yardım maşınında olan əsgərlər səhvən şiə döyüşçülər tərəfindən öldürülüb.

XS
SM
MD
LG