Accessibility links

Milli Şuranın mitinqində siyasi məhbuslara azadlıq tələb olunub [Yenilənib-1]


Mehsul stadionunda aksiya
Mehsul stadionunda aksiya

Mitinq iştirakçıları önündə çıxış edən AXCP sədri Əli Kərimli hakim rejimi opponentlərinə qarşı sivil mübarizə aparmamqda ittiham edib

Mitinq iştirakçıları önündə çıxış edən AXCP sədri Əli Kərimli hakim rejimi opponentlərinə qarşı sivil mübarizə aparmamqda ittiham edib.

“Onlar bütün hakimiyyəti qəsb ediblər, özlərini işğalçılar kimi aparırlar, ölkənin ən yaxşı insanlarını həbsə alıblar, istənilən narazı şəxsi narkomanlqıda və xuliqanlıqda ittiham edərək həbsə atırlar. Bu antixalq hakimiyyətidir və bu hakimiyyət getməlidir, onları Yaxın Şərq diktaturalarının taleyi gözləyir”deyə Ə.Kərimli bildirib.

“Mən İlham Əliyevə müraricət edirəm, sən 60 yaşında qadını necə həbsə alıb işgəncəyə məruz qoya bilirsən? Sən səndən fərqli olaraq sıravi vətəndaşların haqlarını müdafiə edən hüquqşünasları, hüquq müdafiəçilərini, jurnalistləri necə həbsə ala bilirsən? Sənin siyasətin ona gətirdi ki, bu insanları artıq bütün dünya tanıyır. Görün sizin reqressiv yaramaz siyasətiniz nəyə gətirib çıxarıb”-deyə AXCP sədri bildirib.

AXCP sədrinin çıxışı “Azadlıq” və “İstefa” şüarları ilə davam edirdi.

AXCP lideri qeyd edib ki, hakimiyyət bütün bu fəaliyyətilə arzu etdiyi nəticəni əldə edə bilmədi. əvəzində isə hakim rejim bütün dünyada biabır oldu və bu gün beynəlxalq sanksiyalarla üz-üzə qalıb.

“Bu gün ölkə cəmiyyəti ciddi imtahanlar qarşısındadır, amma biz bu vəziyyətdən möhkəmlənmiş və qalib çıxacağıq”

Milli Şuranın üzvü Eldəniuz Quliyev siyasi məhbuslar problemi üzərində dayanıb.

“Biz dünyaya hakimiyyətin gözü ilə baxmaq istəmirik, biz öz mövqeyimizə malik olmaq istəyirik, buna görə bi həbsə alınmalıyıq, bizi xalq sdüşməni, casus elan etmək lazımdır? Bu repressiyalara son qoyun, insanlara azad nəfər almaq imkanı verin, siyasi məhbusları azad edin” deyə E.Quliyev qeyd edib.

AXCP gənclər komitəsinin keçmiş sədri Əbülfəz Qurbanlı hakimiyyəti azad fikri boğmaqda, intellektualları məhv etməkdə, üzüyolalıq və yaltaqlığı tərbiyə etməkdə suçlayıb. İ.Əliyevi istefaya çağıran natiq hakim rejimin nə vaxtsa cavab verəcyəini vurğulayıb.

Mehsul stadionunda aksiya
Mehsul stadionunda aksiya

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Leyla və Arif Yunuslar, İntiqam Əliyev və s. hüquq müfdafiəçilərinin həbsini “hakimiyyətin rüsvayçılığı” adlandırıb.

Siyasi məhbusların bir hissəsi inanclı insanlardır və onlar dövlət çevrilişi, narkotika saxlamaq, xuliqanlıq kimi uydurma ittihamlarla həbsə alınıblar. Həqiqətdə isə bu insnalar ədalət tələb edirdilər

***

Demokratik Qüvvələrin Milli Şurası "Siyasi məhbuslara azadlıq və repressiyalara son" şüarı ilə mitinqi davam edir.

Milli Şuranın lideri Cəmil Həsənli koordinasiya şurası üzvləri tribunadadır.

Mehsul stadionunda aksiya
Mehsul stadionunda aksiya

Tribunada çıxış edən AXCP sədri Əli Kərimli , keçmiş AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, MŞ üzvü Gültəkin Hacıbəyli çıxışlarında hakimiyyətdən son zamanlar həbsdə olan siyasi məhbusları azad etməyə çağırıblar.

Onlar çıxışlarında hakimiyyətin siyasi kursunu tənqid ediblər.

Azadlıq radiosu xəbər verir ki, mitinqdə İraq və Suriyadakı terror təşkilatının - "İslam Dövləti"nin bayrağı qaldırılıb.

Mehsul stadionunda aksiyada İŞİD-in bayrağını tutuan şəxs həbs olunub
Mehsul stadionunda aksiyada İŞİD-in bayrağını tutuan şəxs həbs olunub

Mitinq iştirakçıları həmin şəxsi meydançadan uzaqlaşdırıb, polisə təhvil veriblər. Polis həmin şəxsi naməlum istiqamətdə aparıb.

***

Oktyabrın 12-də Milli Şuranın təşəbbüsü ilə Yasamal rayonu “Məhsul” stadionunda mitinq başlayır.

Mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Mitinqin məqsədi Azərbaycanda olan siyasi məhbuslara azadlıq tələb etməkdir.

Mehsul stadionunda aksiya
Mehsul stadionunda aksiya

Turanın mitinqdən olan əməkdaşının Amerikanın səsinə verdiyi məlumata görə mitinqin keçirildiyi "Məhsul" stadionunun ətrafını polis mühasirəyə alıb. Stadionun ətrafında və yaxın yerlərdə piyada və avromobillərin hərəkəti məhdudlaşdırılıb.

Stadiona adamların saat 15 00-da buraxılacağı deyilir.

Mehsul stadionunda aksiya
Mehsul stadionunda aksiya

Müxbir bildirir ki, hazırda stadionda daxili qoşunların 5 nəfər silahlı əsgəri var.

Onlar stadionda qurulan tribunanın ətrafını lentlə mühasirəyə alıblar. Təşkilatçılara bildiriblər ki, təhlükəsizlik tədbirləri görmək üçün bunu edirlər.

Daha sonra mitinqə gələn iştirakçıları stadiona buraxmaya başlayıblar.

XS
SM
MD
LG