Accessibility links

Şimali Koreya lideri ictimaiyyət arasında görünüb


Kim Conq Un
Kim Conq Un

Şimali Koreya lideri Kim Conq Un 40 günlük fasilədən sonra ilk dəfə ictimayyət qarşısına çıxıb. Dövlət mediasında əlində hasa tutmuş Kim Conq Unun şəkilləri paylaşılıb.

Rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KMXA) verdiyi məlumata əsasən Kim Conq Unun bir yaşayış bölgəsini və elmlər akademiyasını ziyarət edərək qaydası üzrə “tapşırıqlar” verib.

Düşünürəm ki, mediada yayılan şəkillər Kimin hakimiyyətdən getməsi və ya ölməsi haqqında dolaşan şayiələri aradan qaldırmaq üçün isitifadə olunur.
Lim Cae-çun, Koreya Universiteti

KMXA və ölkənin baş qəzeti, Rodong Sinmun, cənab Kimin sol əlində qara hasa ilə olan bir neçə şəklini paylaşıb.

Şəkillərin nə zaman çəkildiyinə dair heç bir məlumat yoxdur. Xəbərlərdə Kim Conq Unun uzun vaxt ortada gorünməməsi və ya hasa gəzdirməsinə dair də heç bir məlumat verilmir.

Kim Conq Un Şimali Koreyalıların əksəriyyəti tərəfindən ilahi bir fiqur kimi görülür, və onun ictimaiyyət arasında görünməməsi, Kimin ağır səhhəti və ya siyasi problemlərin mpvcudluöuna dair spekulyasiyalara yol açmışdı.

Koreya Universitetinin, Şimali Koreyaşünaslıq fakultəsinin professoru, Lim Ce-çun Amerikanın Səsinə müsahibəsində Pxenyanın Kimin şəkillərini şayiələrə cavab olaraq paylaşdığını ehtimal edir.

“Mən düşünürəm ki, bu şəkillər Kimin hakimiyyətdən getməsi və ya ölməsi haqqında dolaşan şayiələri aradan qaldırmaq üçün isitifadə olunur. Kimin səhhəti ilə əlaqəli problem olduğu artıq sübut olunub, lakin bunun ciddi bir problem olmadığı göstərilir.”

Şimali Koreya lideri Kim Conq Un yenicə inşa edilmiş Wisong Alimlər Yaşayış Mərkəzində baş çəkir. Fotonun tarixi naməlum qalır.
Şimali Koreya lideri Kim Conq Un yenicə inşa edilmiş Wisong Alimlər Yaşayış Mərkəzində baş çəkir. Fotonun tarixi naməlum qalır.

2011-ci ildə atası Kim Jonq İlin vəfatından sonra hakimiyyətə gələn, Şimali Koreya lideri Kim Conq Unun 31 yaşında olduğu güman edilir. Kim axırıncı dəfə sentyabrın 3-də sevdiyi pop qrupunun konsertində ğörülüb. Beş gənc qızdan ibarət olan Moranbog Band adlı qrupun üzvlərini Kim Conq Un özü seçib.

Bu konsertdən sonra Kim Conq Un bir neçə önəmli siyasi tədbirdə iştirak etməyib. Bu tədbirlərə ölkənin formal xarakter daşıyan parlamentinin sentyabrın axırında keçirilən sessiyası, və ötən cümə keçirilən Koreya Fəhlə Partiyasının ildönümü mərasimi daxildir.

İki ay əvvəl, Kim Conq Unun babası Kim İl Sunqun ölümünün 20-ci ildönümündə səhnədə axsayaraq gəzdiyi görülmüşdü. Kim İl Sunq Şimali Koreyanın banisi olub.

Bundan bir müddət sonra, Şimali Koreya dövlət televiziyasının sənədli filmində Kim Conq Unun naməlum rahatsızlıq yaşadığı bildirilmişdi.

Cənubi Koreya rəsmiləri Kim Conq Unun ciddi siyasi və ya tibbi problem yaşadığına dair heç bir məlumatları olmadığını israr edirlər. Kim Conq Unun ağır sigaret çəkən olduğu və podaqradan əziyyət çəkdiyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG