Accessibility links

Nigeriyalı valideynlər qızlarının girov götürülməsinin altıncı ayını qeyd edir


200 nigeriyalı məktəbli qızların valideyinləri və onların müdafiəçiləri qızların İslamçılar tərəfindən orta məktəbdən qaçırılmasının altı ayını qeyd ediblər.

Nigeriya polisi çərşənbə axşamı məktəbli qızların azad olunmasını tələb edən etirazçıların prezident Qudlak Conatanın paytaxt Abucada yerləşən rəsmi iqamətgahına keçirdikləri yürüşün qarşısını alıb.

Aprelin 14-də Boko Haram qrupunun onlarla islamçı militantı Nigeriyanın ucqar şimal-şərqinin Çibok kəndində yerləşən orta məktəbə hücum edərək oradan 270 məktəbli qızı qaçırıblar. Qızlardan 200-ü hələ də əsir qalır.

Boko Haramın lideri Əbubəkr Şekau bildirib ki, həbsxanada olan islamçı militantlar azadlığa buraxılmadığı halda əsir qızlar qul gəlin kimi satılacaqlar.

Qudlak Conatan girovlarla bağlı tədbirlərin yubadılmasına görə yerli və xarici icma tərəfindən tənqid hədəfinə çevrilib. Nigeriya ordusunun militant qruplarının zorakılıqlarının qarşısını ala bilməməsi Afrikanın ən böyük iqtisadiyyatı və aparıcı enerji istehsalçısı üçün ciddi təhlükə kimi dəyərləndirilir.

XS
SM
MD
LG