Accessibility links

Brüsseldə yüksək səviyyəli danışıqlar keçirilir


Avropa ölkələrinin səhiyyə nazirləri Ebola virusunu ilə mübarizə səylərini müzakirə edir

Avropa ölkələrinin səhiyyə nazirləri bu gün Brüsseldə yüksək səviyyəli danışıqlar keçirir. Müzakirələ zamanı Ebola virusunu ilə mübarizə səyləri müzakirə edilir. Nazirlər Avropa sərhədləri və hava limanlarında xüsusi yoxlanış proqramlarının həyata keçirilməsini təklif edir.

Toplantı Amerikanın hava limanlarının yoxlanışlara başlanmasından sonra təşkil edilib.

Amerikada ilk əvvəl Ebola infeksiyası ilə mübarizə səylərinə Nyu-Yorkun Kennedi beynəlxalq hava limanı qoşulub.

Hava limanında Qvineya, Liberiya və Syerra Leone kimi Qərbi Afrika ölkələrindən səfər edənlər xüsusi yoxlanışdan keçirilir.

Sərnişinlərin qızdırması öllçülür və onlar virusun simptomlara dair sualları cavablandırır.

ABŞ İspaniya hökumətindən Afrikada Ebola böhranına yardım əməliyyatları üçün bazalarından istifadəyə yol verməsini istəyib. Belə ki, Amerika 4000 əsgərdən ibarət hərbi qüvvələrin Qərbi Afrika ölkələrinə yerləşdirir. ABŞ-ın İspaniyada 4 hərbi bazası mövcuddur

İspaniyanın müdafiə naziri Pedro Morenes sabah ABŞ-ın müdafiə naziri Çak Hetgellə Vaşinqton görüşü zamanı ölkəsinin qərarını elan etməlidir.

Bu arada Ümumdünya Səhiyyə Təşkilatı Mali və Fil Dişi Sahilinə Ebolaya hazırlıq ölçülərinin yoxlanması məqsədi ilə xüsusi komanda göndərir.

Belə ki, bu ölkələr xəstəliyin geniş yayıldığı Qvineya, Liberiya və Syerra leone ilə ortaq sərhədləri bölüşür.

XS
SM
MD
LG