Accessibility links

Nigeriya höküməti aprel ayında Çibuk şəhərindən qaçırılmış qızların qaytarılması və minlərlə insanın ölümünə səbəb olan üsyanın yatırılması üçün Boko Haram islamçı militant qrupu ilə danışıqlar aparır.

Cümə günü Çad prezidenti İdris Debi və Kamerunun yüksək rütbəli şəxslərinin iştirakı ilə Səudiyyə Ərəbistanında keçirilən danışıqlardan sonra razılaşma elan edilib.

Nigeriya prezidentinin yaxın müşaviri Həsən Tukur bildirib ki, zorakılıqların dayandırılması üçün ilk addımı Boko Haram atıb.

Mən deyərdim ki, onlar birtərəfli qaydada atəşkəs elan ediblər. Nigeriya höküməti müvafiq olaraq cavab verib, və biz indi atəşkəs rejiminin qorunub-qorunmamasına nəzarət edirik. Ümid edirik ki, atəşkəs qorunacaq.

“Mən deyərdim ki, onlar birtərəfli qaydada atəşkəs elan ediblər. Nigeriya höküməti müvafiq olaraq cavab verib, və biz indi atəşkəs rejiminin qorunub-qorunmamasına nəzarət edirik. Ümid edirik ki, atəşkəs qorunacaq. İki tərəf arasında indiyədək olan dialoq və danışıqlar heç bir nəticə verməyib, lakin mən bu dəfə nailiyyət əldə edəcəyimiziə ümid edirəm.”

Tukur və özünü Boko Haramın baş katibi adlandıran Danladi Əhmədu Amerikanın Səsinin Hausa xidmətinə bildiriblər ki, militant qrup tərəfindən qaçırılan qızların bazar ertəsi günü Çadda buraxılacaqları gözlənilir.

Əhmədu bütün qızların sağ olduqlarını,“xətər toxundurulmadıqlarını və vəziyyətlərinin yaxşı olduğunu” bildirib.

Bəzi mənbələr qızların Nigeriya hökümətinə ötürülməsi üçün Çad prezidenti Debiyə təhvil veriləcəklərini bildirir.

Nigeriya hökuməti qızların azad edilməsi üçün güclü təzyiqlərlə üzləşir.

Nigeriya hökuməti qızların azad edilməsi üçün güclü təzyiqlərlə üzləşir.

Daha öncə Nigeriya baş müdafiə qərargahının rəisi General Aleks Badeh bütün hərbi komandirlərə “Nigeriya və Boko Haram arasında olan atəşkəs rejiminin hər bir hərbi əməliyyatda qorunmasını” əmr edib.

Bu atəşkəs beş ildir davam edən və minlərlə nigeriyalının ölümünə səbəb olan üsyanın başa çatmasına gətirib çıxara bilər.

Nigeriya prezidenti Qudlak Conatan girovlarla bağlı tədbirlərin yubadılmasına görə yerli və xarici icma tərəfindən tənqid hədəfinə çevrilib. Nigeriya ordusunun militant qruplarının zorakılıqlarının qarşısını ala bilməməsi Afrikanın ən böyük iqtisadiyyatı və aparıcı enerji istehsalçısı üçün ciddi təhlükə kimi dəyərləndirilir.

Militant qrup tərəfindən qaçırılan qızların bazar ertəsi günü Çadda buraxılacaqları gözlənilir.

Hazırkı böhran Aprel ayında onlarla Boko Haram döyüşçüsü Nigeriyanın ucqar şimal-şərqi Çibok kəndində yerləşən orta məktəbə hücüm edərək oradan 270 məktəbli qızı qaçırmasından sonra meydana çıxıb.

Bir videoda Boko Haramın lideri Əbubəkr Şekau həbsxanada olan islamçı militantların azadlığa buraxılmadığı halda, əsir qızları qul gəlin kimi satacağını bildirib.

Boko Haram müsəlmanların əksəriyyət təşkil etdiyi şimali Nigeriyada İslam dövlətinin qurulması üçün mübarizə etdiklərini bildirib.

Son beş ildə Boko Haram bazarlara, avtobus dayanacaqlarına, dövlət qurumlarına, kilsələrə və hətta məsçidlərə basqınlar təşkil edib. Son zamanlarda militantlar Nigeriyanın şimal-şərqində yerləşən bir neçə şəhəri ələ keçirib. Başqa bir videoda Şekau bu şəhərlərdə İslam xilafəti yaradacağını bildirib.

Nigeriya ordusu Şekaunun saxta personaj olduğunu və əsl Şekaunun bir neçə il əvvəl öldürüldüyünü xəbər verib. Saxta Şekaunun da ötən ay Konduqa şəhərindəki döyüşlər zamanı həlak olduğu bildirilir.

XS
SM
MD
LG