Accessibility links

Bundestaqın qarşısında Azərbaycanda vicdan məhbuslarına dəstək aksiyası olacaq


Siyasi məhbuslara azadlıq! plakatı

Siyasi məhbuslara azadlıq! plakatı

Oktyabrın 22-də Berlində azərbaycanlı “vicdan məhbusları”nın müdafiəsi və Azərbaycanda insan hüquqlarının pisləşməsinə etiraz olaraq aksiya keçiriləcək. Aksiyanı Avropada demokratiyaya dəstək Alyansı keçirəcək. Aksiya Bundestaqın qarşısında olacaq.

Bununla bağlı Facebook-da “Səsimizi ucaldaq!” adlı səhifə yaradılıb.

Səhifədən göründüyü kimi, aksiyada məqsəd avropalı siyasətçiləri və Almaniyadan olan deputatları Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə tanış etmək, avropalıları “vicdan məhbusları”nın azadlığa buraxlmasını ölkə rəhbərliyindən tələb etməkdir.

Aksiyanın yekunu olaraq qətnamənin qəbulu və almaniyalı siyasətçilərlə görüş nəzərdə tutulur.

Aksiyada İsveç, Belçika, Niderland, Fransa və digər ölkələrdən nümayəndələrin iştirakı gözlənilir.

XS
SM
MD
LG