Accessibility links

ABŞ-da ara seçkiləri yaxınlaşır [Video]


ABŞ-da ara seçkiləri
please wait

No media source currently available

0:00 0:03:28 0:00

Senata hansı partiyanın nəzarət etməsini bir neçə mühüm nöqtələrdə keçirilən seçkilər müəyyən edəcək

ABŞ Konqresinin ara seçkilərinə iki həftə qalmış, ölkədə cərəyan edən bir neçə siyasi yarış nəticəsində gələn il Senata hansı partiyanın nəzarət edəcəyi bilinəcək. Bəlkə də bu seçkilər Vaşinqtondakı güc balansını dəyişdirə bilər. Belə yarışlardan biri də Şimali Karolina ştatında keçirilir. Burada Demokrat Key Heyqenin partlamentdəki yeri üstündə qızğın mübarizə gedir.

Şimali Karolinada hər iki siyasi partiyanın fəalları küçələrdə nümayişlər keçirir.

Demokratlar senator Key Heyqeni yenidən seçmək, Respublikaçılar isə öz namizədləri Tom Tillis üçün yürüş təşkil ediblər.

Respublikaçıların senata nəzarəti Demokratlardan alması, Barak Obamanın prezidentliyinin axrıncı iki ilinə böyük təsir göstərə bilər

Heyqenin dəstəkçiləri sırasına “Planned Parenthood” qeyri-hökümət təşkilatından Melissa Rid daxildir.

“Bu seçki ölkəmizdəki senat seçkilərindən bəlkə də ən mühümüdür. Senata nəzarət üç ştatdan asılı olacaq, və Şimali Karolina ən başda gəlir,” deyə Rid bildirir.

Rid Respublikaçıların abortu (uşaqsalmanı) məhdudlaşdırmaq cəhdlərinin əleyhinədir.

“Qadınar düşünürlər ki, Respublikaçıların siyasəti mənasızdır, keçmiş düşüncəlidir və buna görə də biz bu gün 1950-ci illərin qiyafəsini geyinmişik,” Rid deyir.

Senator Key Heyqan, solda, and Libertar Parityasından namizəd Şon Hou, mərkəzdə, Respublikaçı namizəd Tom Tillisi debat zamanı dinləyirlər.
Senator Key Heyqan, solda, and Libertar Parityasından namizəd Şon Hou, mərkəzdə, Respublikaçı namizəd Tom Tillisi debat zamanı dinləyirlər.

Aborta zidd etirazçılar Demokratlarla rəqabət apararaq, Tillisə dəstəyi artırmaq üçün səy göstərirlər.

Tami Fitzcerald bildirib ki, sosial konservativlərin fəallığı seçkini Respublikaçıların lehinə döndərə bilər.

“Bu ştatda yaşayan insanların çoxu, təxminən 55 faizi, aborta qarşıdır. Daha önəmlisi, konservativ seçicilər arasında bu rəqəm daha da yüksəkdir, təxminən 70 faiz.”

"Şimali Karolinadakı seçki ölkədə baş tutan bir neçə əsas seçkidəndir ki, bu seçki nəticəsində ABŞ Senatını hansı partiyanın idarə edəcəyi məlum olacaq. Respublikaçıların senata nəzarəti Demokratlardan alması, Barak Obamanın prezidentliyinin axrıncı iki ilinə böyük təsir göstərə bilər,” deyə Cim Maloni bildirir.

Artıq Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Senata nəzarəti ələ keçirməklə Konqresə tam sahib çıxacaqlar.
Artıq Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Senata nəzarəti ələ keçirməklə Konqresə tam sahib çıxacaqlar.

Respublikaçı namizəd Tillis Key Heyqenlə prezident Obama və onun aşağı ictimai reytinqi arasında əlaqə qurmaq üçün əlindən gələni edir.

“Mən qərara gəlmişəm ki, senator Heygenin çox məsələrlə bağlı prezident Barak Obama ilə eyni səs verməsini insanaların diqqətinə çatdırım.”

Heygen, bir çox Demokrat kimi, öz müstəqil kampaniyasını aparmaq istəyir.

“Tillis bu seçkiləri prezidentlə əlaqələndirmək istəyir. Lakin prezidentin adı seçki bülletenində yoxdur. Bu seçki Şimali Karolinanı ABŞ Senatında kimin təmsil edəcəyi barədədir," deyə Heyqen bildirir.

Yerli təhlilci Con Deyvis bildirir ki, prezident Şimali Karolina seçkilərində istər-istəməz rol oynayır.

“Bu aralarda Obamanın rəqəmləri çox aşağıdır. Onun bəyənilmə reytingi 40 faiz civarındadır, xarici siyasətində isə bu rəqəm 30 faiz təşkil edir.Buna görə də indi Respublikaçıların öz rəqiblərini prezidentlə əlaqələndirlmələri üçün yaxşı vaxtdır. Bele aşağı rəqəmlər ara seçki ilində çox vacibdir."

Bu seçki ölkəmizdəki senat seçkilərindən bəlkə də ən mühümüdür. Senata nəzarət üç ştatdan asılı olacaq, və Şimali Karolina ən başda gəlir.
Melissa Rid

Libertarlar partiyasının namizədi Şon Hounun bu qızğın yarışda bir rolu ola bilər.

Hou dəstəkçiləri ilə yemək fasiləsi zamanı strateji iclaslar keçirir.

“Şəxsən mən Noyabrda seçki məntəqəsinə gedib, orada müharibə və borcdan başqa bir məsələ ilə bağlı səs vermək istəyərdim.”

Azad bazar müdafiəçisi Miç Kokay bildirib ki, Respublikaçılar Şimali Karolina seçkilərindən çox asılıdır.

“Bir çox insan düşünür ki, Respublikaçılar senatda idarəni ələ keçirmək istəyirlərsə, onlar Şimali Karolina seçkilərində qalib qəlməlidir, çünki Heygen ən asan hədəflərdən biri ola bilər.”

Seçki kampaniyası son günlərdə daha da gərginləşir, və hər iki tərəf seçkinin siyasi əhəmiyyətindən xəbərdardır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG