Accessibility links

Nümayişçilərlə dövlət rəsmiləri arasında keçirilən görüş nəticəsiz qalıb

Honq Konqda siyasi islahat tərəfdarları ilə dövlət rəsmiləri arasında keçirilən iki saatlıq görüş nəticə verməyib. Bu nəticə tələbə etirazçıların danışıqları davam etdirib-etdirməyəcəklərini sual altına qoyub.

Televiziyada yayımlanan bu müzakirə etiraz aksiyalarını təşkil edənlər üçün üç həftədir davam edən etirazların səbəbini açıqlamaq və Pekindən daha çox müxtariyyat tələb etmək üçün bir platforma olub.

Dövlət rəsmiləri isə etirazçıların tələblərinin hüquqi cəhətdən mümkün olmadığını bildiriblər.

Açılış bəyanatında baş katib Kərri Ləm tələbələrdən üç həftədir davam edən etiraz aksiyalarının ziddiyət yaratdığını və danışıqlara maneə törətdiyi bildirərək, etirazları dayandırmaqlarını tələb edib.

Lakin tələbələr siyasi islahat tələblərinin qarşılanmadığı halda kütləvi etirazların davam edəcəyini bildiriblər.

Çərşənbə axşamı keçirilən bu müzakirə canlı televiziyada və Çinin yarı-muxtar ərazisində nümayişlərin davam etdiyi yerlərdə göstərilib.

Honq Konq və Pekin rəsmiləri nümayişləri qanunsuz adlandırıblar, lakin son günlərdəki bəzi təzyiqlərdən savayı, əksər etiraz aksiyalarının davam etməsinə icazə veriblər.

Son xəbərlərə əsasən Honq Konqun Monq Kok rayonunda küçələri barrikadalardan təmizləməyə çalışan polislə etirazçılar arasında qarşıdurma baş verib.

XS
SM
MD
LG