Accessibility links

Oğlan Prezident Obamaya: Sevgilimə sataşma!


Prezident Obama qəribə situasiya ilə üzləşib.

Çikaqoda erkən səsverməyə gələn Prezident Obama sakitcə səs verərkən, Mayk Couns adlı gənc ona yaxınlaşaraq “Sevgilimə toxunma!” deyə xəbərdarlıq edib.

Obamanın yanındakı cihazda səs verən Aya Kuper bundan çox xəcalətlənib.

“Mən belə şeyi planlaşdırmırdım,” deyə Obama qadınla zarafat edib. “Bu oğlan heç bir səbəbsiz sənə xəcalət verir.”

“İndi sən evə qayıdacaqsan və rəfiqələrinə Maykın necə səfeh olduğunu deyəcəksən,” deyə prezident Ayanı yamsılayıb.

“Doğrudan da o, səfehdir,” deyə Aya razılaşıb.

"Mənə bir öpüş ver, qoy, onun danışmağa əsası olsun," deyə prezident Obama Ayanı qucaqlayaraq yanağından öpüb.

“İndi o doğrudan qısqanacaq,” deyə prezident Obama məntəqəni tərk edib.

XS
SM
MD
LG