Accessibility links

ABŞ səfirliyi hökumətin addımlarını alqışlayır


Amerika səfirliyi

Amerika səfirliyi

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Azərbaycan hökumətinin dörd vətəndaş cəmiyyətinin fəalının azadlığa buraxılmasına dair 17 oktyabr tarixli və İnsan Haqları üzrə Birgə İşçi Qrupunun fəaliyyətinin bərpasına dair 22 oktyabr tarixli qərarlarını alqışlayır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat üçün açıqlamasında deyilir.

ABŞ səfirliyi ümid edir ki, bu kimi ruhlandırıcı addımlar yerli və beynəlxalq QHT-lərin üzləşdiyi məhdudiyyətlərin aradan qaldırılması da daxil olmaqla, əlavə müsbət inkişafa təkan verəcək.

“Biz Azərbaycanın daha sabit, təhlükəsiz və tərəqqiyə yönəlmiş dövlət olmaq arzusunu paylaşırıq. Əminik ki, bu kimi məqsədin əldə olunmasının ən yaxşı yolu Azərbaycan vətəndaşlarının - Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərdə qeyd olunduğu kimi - bütün əsas hüquqlardan yararlanmaq təminatıdır”, səfirlik qeyd edir.

XS
SM
MD
LG