Accessibility links

Çitaların kökü kəsilə bilər [Video]


Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun son hesabatına əsasən, 1970-ci illərdən bəri dünya boyu vəhşi heyvanların sayı 50 faiz azalıb. Bu acı statistikaya çita əhalisin 60 faizinin itkisi daxildir. Tanınmış qoruqçu və çitalar üzrə aparıcı mütəxəssis bildirir ki, təcili tədbirlər görülmədiyi halda gələn on il ərzində yerdə qalan çitaların nəsli kəsiləcək. Amerikanın Səsinin müxbiri Culi Tabo xəbər verir.

Afrika savannalarında sıçrayan vəhşi çitalar hərəkətdə olan poeziyaya bənzədilir. Dr. Lori Marker bunu anlaya bilir.

Heyvanlar aləmindəki qara bazar gizli narkotik alveri, insan alveri və terrorizmə bərabərdir.

Mükafat qazanmış qoruqçu ömrünü vəhşi pişiklərin qorunmasına həsr edib, və bildirib ki, çita kimi əsas yırtıcı heyvanlar ekosistemin sağlamlığının qorunub saxlanmasında böyük rol oynaya bilər.

“Məsələn, çita savannanın ən məharətli ovçularındandır. Çita istədiyini ovlayır, özünə lazım olan qədər şikardan yedikdən sonra, çaqqallar, quzğunlar və aslanlar şikarın yerdə qalan hissəsini yeyirlər. Mən həmişə birgə işlədiyim maldarlara deyirəm ki, kifayət qədər şikar varsa, və çita artıq onları ovlayırsa, çaqqallar onun ovundan yeyə bilər, və sizin otlaqlarınıza gəlməyəcək.”

Marker 1991-cı ildə Namibiyada təsis etdiyi Çita Qoruq Fondu vasitəsilə biomüxtəlifliyin əhəmiyyəti haqda dünyanı maarifləndirir.

Fond tədqiqatlar aparır, tədris proqramları təşkil edir və yırtıcı heyvanlara yardım etmək ideyasına sadiq digər ölkələrə də nümunə olur.

Dünyada 10,000-dən az vəhşi pişiyin qaldığı bu dövrdə Marker insanları çitaların üzləşdikləri təhlükəni anlamağa dəvət edir.

“Çitaların üzləşdiyi böyük təhlükə insanlarla canlı təbiət arasında konfliktin nəticəsidir. Bu təbii şəraitin, şikarların, otlaqların məhv olunmasının, və Afrikada əhalinin sürətlə artmasının nəticəsidir.”

Fondun bu problemləri ünvanlamaq üçün təşəbbüsləri var. Bu təşəbbüslər insanlardan başlayır.

Bir proqramda, yerli insanlar çitaların dolaşdığı yerlərdə tikan kollarını təmizləməyə və oduna döndərməyə cəlb olunublar.

Çitalar savannadakı əhliləşdirilmiş heyvanları ovladıqları üçün, Marker yerli fermerleri mal-qaralarını qorumaq üçün qoruyucu itlərlə təmin edir.

“Namibiyada artıq 500-dən artıq belə it yetişdirmişik, və Cənubi Afrika, Botsvana və Tanzaniyada da oxşar proqramların təşkilinə kömək etmişik. Bizim itlər artıq mal-qaranı sadəcə çitalardan yox, bütün yırtıcı heyvanlardan qoruyurlar.”

Qaçaqmalçılıq və qanunsuz heyvan alveri də çitalara böyük təhlükə törədir.

“Heyvanlar aləmindəki qara bazar gizli narkotik alveri, insan alveri və terrorizmə bərabərdir. Hamısı bir-birinə bağlıdır.” “Bizə lazımdır ki, bunu eşidən insanlar qanunsuz alverə, qaçaqmalçılığa etiraz etsinlər, heyvanlar aləmi ilə maraqlansınlar, onların qorunması üçün tədbirlər görsünlər, və öz hökümətlərinə bu məsələ ilə bağlı tədbirlər görmək üçün təzyiq göstərsinlər; beləcə onlar bu təşəbbüsə kömək etmiş olacaqlar.”

Marker xəbərdarlıq edir ki, dünya əhalisi bu məsələ ilə bağlı yaxın zamanda tədbir görməsə, on il sonra dünyada artıq çita qalmayacaq.

XS
SM
MD
LG