Accessibility links

İslam təmayüllü AKP hökumətinin təklif etdiyi yeni qanun liberal dəyərlərə uyğun gəlmir

Türkiyə höküməti bu ayın əvvəlində baş verən vətəndaş iğtişaşına cavab olaraq polisin səlahiyyətini artıran qanunu qəbul etmək üçün səy göstərir. Bu addım tənqidçilər tərəfindən qınaq obyektinə çevrilib. Onlar bildirirlər ki, Türkiyə sürətli şəkildə polis dövləti olmağa doğru gedir. Lakin dövlət rəsmiləri bu tədbirlərin Avropa standartlarına uyğun olduğunu təkid edirlər.

Türkiyə hökümətinin yeni daxili təhlükəsizlik üzrə ölçülər paketinə polisin radikal səlahiyyətləri daxildir.

Bu, onu göstərir ki, Türkiyə polisin gücünü artıraraq geriyə doğru addım atır. Bu güc hökümət tərəfindən tənqidçilərə, müxalifətçilərə və polisin xoşuna gəlməyən başqa insanlara qarşı istifadə olunacaq.

İrəli sürülən islahatlar sırasında polisin rəsmi ittiham olmadan insanları 24 saat saxlamaq, etirazlar zamanı istifadə olunan sosial şəbəkələrə daha çox nəzarət və insanların evlərinin axtarılması üçün daha çox səlahiyyət yer alır.

Yeni qanun yerli və xarici icma tərəfindən kəskin tənqid olunub.

Nyu Yorkda fəaliyyət göstərən Human Rights Watch təşkilatının Türkiyə üzrə baş elmi işçisi Emma Sinkler-Veb bildirib ki, bu, Türkiyə üçün geriyə addım deməkdir.

“Bu, onu göstərir ki, Türkiyə polisin gücünü artıraraq geriyə doğru addım atır. Bu güc hökümət tərəfindən tənqidçilərə, müxalifətçilərə və polisin xoşuna gəlməyən başqa insanlara qarşı istifadə olunacaq. Ümumiyyətlə, hökümət təzyiq taktikalarına əl atmaq istəyir.”

Türkiyə baş naziri Əhməd Davudoğlu

Türkiyə baş naziri Əhməd Davudoğlu

Türkiyə baş naziri Əhməd Davudoğlu bildirib ki, bu tədbirlərə Türkiyə kürdlərinin hökümətin Suriyanın kürd şəhəri Kobaniyə hərbi dəstək göndərməməsinə etiraz etdiyi ərəfələrdə ehtiyac var.

İğtişaş zamanı 40-dan artıq insan həlak olub.

Təklif olunan qanun layihəsinə, şiddətli etirazlara cəlb olunan insanlara qarşı daha sərt cəzalar daxildir.

Artan tənqidlərə baxmayaraq, baş nazir Davudoğlu islahatları müdafiə edərək bildirir ki, onlar Avropa qaydalarına uyğundur.

Mən deyərdim ki, Türkiyə artıq avtoritar dövətə çevrilib və hər gün yeni qanun lahiyələrinin həyata keçməsi ilə daha da avtoritarlaşır.

“Biz bunu azadlıq və təhlükəsizlik balansı adlandırırıq,” deyə Davudoğlu bildirib. “Bu islahatlar şəxsi həyatı, insanların haqqlarını və azadlıqlaırını qorumağı nəzərdə tutur. Bunlar həmçinin etirazçıların silahdan istifadəsinin qarşısını almaq üçün nəzərdə tutulub. Bütün tədbirlər Avropa standartlarına uyğun olacaq və universal standartlara əsaslanacaq.”

Ən mübahisəli təkliflər sırasına polisin insanların evlərini cinayətin törədildiyinə cüzi şübhə olduğu halda belə axtarması hüququ daxildir.

Human Rights Watch təşkilatının nümayəndəsi Sinkler qanunun bəzi hissələrinin beynəlxalq standartlara uyğun olduğunu təsdiq edir, lakin bildirir ki, polisin son vaxtlardakı əməllərinə baxanda onların yeni səlahiyyətləri narahatlığa zəmin yaradır.

“Presedent hüququnu və Türkiyədə polisin sələhiyyətlərindən sui-istifadəsini və xoşuna gəlmədiyi insanların evlərində axtarış aparma kontekstini fərqli bucaqdan nəzərə almaq lazımdır.”

Hökümət vebsaytları məhkəmə qərarı olmadan bağlamaq üçün tədbirlər görür. Buna bənzər digər bir təklif bu ilin əvvəlində konstitusiya məhkəməsi tərəfindən rədd edilib.

Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi İslam təmayüllü Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlməsi ilə Türkiyədə liberal dəyərlərin məkanı daralmağa başlayıb.

Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi İslam təmayüllü Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlməsi ilə Türkiyədə liberal dəyərlərin məkanı daralmağa başlayıb.

Bu tədbirə əsasən, hökümət veb səhifələrini məhkəmə qərarı olmadan dörd saat ərzində bağlaya bilər. Veb səhifəsi bağlanan təşkilat səhifənin bağlanma əmrini ləğv etmək üçün 24 saat ərzində məhkəməyə gedə bilər və məhkəmə 48 saat sonra qərarını bildirir.

“Bir neçə ay öncə kəşfiyyatın səlahiyyətəri artırıldı, və bu Türkiyənin kəşfiyyat dövlətinə çevrilməsinin bir nişanəsi oldu. Son zamanlarda, Türkiyədə azaqlıqlar azalır, və indi də bu, son addımdır. Əgər siz məndən soruşsanız, mən deyərdim ki, Türkiyə artıq avtoritar dövətə çevrilib və hər gün yeni qanun lahiyələrinin həyata keçməsi ilə daha da avtoritarlaşır.”

Hökümət bu yanaşmanı rədd edir, və diqqəti yeni səlahiyyətlərin nəzarəti üçün yeni parlament komitəsinin yaradılması təklifinə yönəldir. Lakin tənqidçilər bu komitənin höküməti dəstəkləyəcəyini bildirilər.

XS
SM
MD
LG