Accessibility links

ABŞ Ukraynadakı parlament seçkilərini alqışlayır [Video]


Amerika Birləşmiş Ştatları Ukraynanın parlament seçkilərini ölkənin inkişaf yolunda vacib bir addım adlandırıb. Bazar günü keçirilən səsvermənin ekzit polları və səslərin bir hissəsi Qərbyönümlü partiyalara böyük dəstək verildiyini göstərir. Bu dəstək prezident Petro Poroşenkoya ölkəni Rusiyadan Avropaya doğru aparmağa səlahiyyət verir.

İlkin nəticələr Prezident Poroşenkonun siyasi bloku və baş nazir Arseniy Yatsenyukun Xalq Cəbhəsi Partiyasının müxalifətdən xeyli öndə olduğunu göstərib. Onların ölkənin parlamenti Radada əksəriyyət təşkil etmək üçün koalisiya yaradacaqları güman edilir. Prezident Avropadan gələn nümayəndələri Ukraynanın Avropa Birliyinə inteqrasiyasını sürətləndirməyə çağırıb.

Mən düşünürəm ki, bu seçkilər Ukrayna üçün demokratiya, açıqlıq və azadlıq uğrunda növbəti sınaq idi və Ukrayna bu sınaqdan müvəffəqiyyətlə keçdi.

“Mən düşünürəm ki, bu seçkilər Ukrayna üçün demokratiya, açıqlıq və azadlıq uğrunda növbəti sınaq idi və Ukrayna bu sınaqdan müvəffəqiyyətlə keçdi. Mən xahiş edirəm ki, siz öz ölkələrinizdə Ukraynanın Avropa Birliyinə assosiasiya sazişinin ratifikasiya prossesini sürətləndirəsiniz. Bu addım bu dövrdə Ukraynaya dəstəyin çox vacib bir göstəricisi olacaq.”

ABŞ-ın Ukraynadakı səfiri Ceffri Pyatt bildirib ki, ABŞ Ukraynanın Avropa Birliyinə üzvlük təklifini dəstəkləyəcək. O, seçkiləri Ukaynanın demokratik təsisatlarını qurmaq üçün əldə etdiyi nailiyyətlərinin zirvə nöqtəsi adlandırıb.

“Ekzit pol nəticələrindən bəllidir ki, Rada üzvlərinin böyük əksəriyyəti Ukrayna qurumlarının islahatı və müasirləşməsi gündəmini dəstəkləyəcək.”

Ukrayna prezidenti Petro Poroşenko
Ukrayna prezidenti Petro Poroşenko

Pyatt beynəlxalq ictimaiyyətin Ukrayna konsitusiyasına uyğun şəkildə keçirilən səçkinin nəticələrini dəstəkləyəcəyini bildirib. O, Rusiyaya da seçkiləri dəstləkləməyi təklif edib.

“Rusiya ilə münasibətə gəldikdə isə biz ümid edirik ki, Kreml bu fürsəti dəyərləndirərək Rusiyanın Donbasa müdaxiləsi və Krımın ilhaqına səbəb olan böhranın yatışması üçün Ukrayna ilə münasibətini düzəldəcək.”

Rusiya mart ayında bir neçə ay davam edən və Rusiya tərəfdarı prezident Viktor Yanukoviçin istefası ilə nəticələnən iğtişaşlardan sonra Ukraynanın Krım yarımadasını ilhaq edib. Moskva Rusiya ilə sərhəd şərqi Ukraynada separatist üsyanını alovlandırmaqda günahlandırılır. Hökumət qüvvələri ilə Rusiyapərəst separatistlər arasındakı döyüşlər nəticəsində 3700 insan həlak olub.

Ukrayna Rusiya ilə konstruktiv münasibət qurmaq istəyir.

“Ukrayna coğrafiyasını dəyişə bilməz. Ukraynaya Rusiya ilə stabil və konstruktiv münasibət gərəkdir. Və mən hazırki hökümətin rəhbərləri ilə danışıqlardan bilirəm ki, Ukrayna Rusiya ilə konstruktiv münasibət qurmaq istəyir.”

Səfir Pyatt Ukraynanın yeni korupsiyaya qarşı mübarizə ilə bağlı qanunlarını alqışlayıb və bildirb ki, onların həyata keçirilməsi üçün güclü mexanizmlərin tədbiq olunması çox vacibdir. O, bildirib ki, Amerika Birləşmiş Ştatları və onun avropalı həmkarları ukraynalıların bu cəhdi üçün onlara lazımı texniki yardım və məsləhət verəcək, lakin ukraynalılar öz öhdələrinə düşəni etməlidir.

XS
SM
MD
LG