Accessibility links

Bağdadda bomba partlayışı 12 nəfərin ölümünə səbəb olub


Bağdadda bomba partlayışı 12 nəfərin ölümünə səbəb olub. Şiə müsəlmanların mərasimini hədəf alan hücum zamanı 29 adam yaralanıb.

Aşura günü Kərbəlayə minlərlə şiə müsəlman axışır. İllik mərasimin zirvə nöqtəsi çərşənbə axşamı günü 7-ci əsrdə şiə və sünnilər arasında parçalanmanın qeyd edilməsi ilə davam edəcək. Həmin gün Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qətlinə matəm saxlanılacaq.

İraqın bir çox bölgəsini ələ keçirən İŞİD yaraqlıları şiələrə qarşı son günlər hücumlar həyata keçirir.

Bu arada ABŞ-ın başçılıq etdiyi koalisya qüvvələri İslam Dövləti qrupunun Suriya və İraqdakı mövqelərinə qarşı havadan zərbələr endirib.

Suriyanın Kobani şəhərində yaraqlıların 5 mövqeyi dağıdılıb. İraqda isə 2 hava hücumu həyata keçirilib.

XS
SM
MD
LG