Accessibility links

BMT və ABŞ Qarabağda helipkopterin vurulmasına reaksiya verdilər


BMT Baş Katibi Ban Ki Mun və ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki noyabrın 12-də Ağdam yaxınlığındakı təmas xəttində erməni qüvvələrə məxsus helikopterin vurulmasına reaksiya veriblər. Onlar Azərbaycan və Ermənistanı atəşkəsə riayət etməyə və konflikti dinc vasitələrlə həll etməyə çağırıblar.

BMT Baş Katibinin sözçüsü Farhan Haq qurumun rəhbərinin ATƏT Minsk Qrupunun həmsədrlərinin insidentlə bağlı narahatlıqlarını paylaşdığını bildirib. Cənab Ban öz sözçüsü vasitəsilə təmas xəttində atəşəkəsin pozulması, o cümlədən erməni helikopterinin vurulmasının konfliktin dinc yolla həllinə maneə törətdiyini bildirib. “Baş Katib tərəfləri yerdə konfliktin eskalasiyasına gətirib çıxaracaq əməllərdən çəkinməyə çağırır və ATƏT Minsk Qrupunun vasitəçilik səylərinə tam dəstəyini ifadə edir,” deyə Farhan Haq bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki helkopterdə həlak olanların ailə üzvlərinə başsağlığı verərək rəsmi Vaşinqtonun insan itkisindən təəssüfləndiyini bildirib. “Bu insident bir daha atəşkəsə riayət etməyin mühümlüyünü və münaqişənin dinc yolla həllinin vacibliyini xatırladır,” deyə xanım Psaki bildirib.

Noyabrın 12-də yerli vaxtla saat 13:45 radələrində Ermənistan-Azərbaycan cəbhəsinin Azərbaycanın Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş Azərbaycan mövqelərinə yaxın ərazidə vurulub. Helikopterin üç nəfərlik ekipajı həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG