Accessibility links

Azərbaycanın müdafiə xərcləri 3 milyard 783 milyon manat olacaq


Büdcə

Büdcə

2015-ci ildə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasına dövlətin əsaslı xərclərindən 928 milyon manat, Dövlət Neft Fondundan 1,341 milyard manat ayrılması planlaşdırılır.

Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə "2015-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, gələn il bu layihənin reallaşdırılmasına icmal büdcənin xərcləri 2,269 milyard manat (və ya xərclərin ümumi həcminin 8,8 faizi) təşkil edəcək.

S.Şərifov deyib ki, 2015-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Dəniz Ticarət Limanının tikintisinin başa çatdırılmasına 300 milyon manat ayrılacaq.

Nazirin sözlərinə görə növbəti il büdcədən müdafiə xərclərinə 3 milyard 783 milyon manat vəsait ayrılacaq. Bu, 2014-cü illə müqayisədə 809 milyon manat çoxdur.

O həmçinin əhalinin enerji təchizatını yüksəltmək, o cümlədən qaz və elektrik enerjisi ilə təmin etmək məqsədilə dövlət büdcəsindən investisiya xərcləri və xarici kreditlər hesabına 1,1 milyard manat ayrılacağını bildirib.

XS
SM
MD
LG