Accessibility links

Rövnəq Abdullayev: Avropa İttifaqı və Azərbaycan enerji siyasətində eyni problemlərlə üzləşir

ARDNŞ prezidenti Rövnəq Abdullayev

ARDNŞ prezidenti Rövnəq Abdullayev

“Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən alınması məsələsinin Avropa Komissiyası tərəfindən araşdırılması üçün ikinci mərhələnin açılması müstəsna hal deyil və bu kimi hadisələrə Avropa Komissiyasının şirkətlərin birləşməsinə nəzarət prosedurunda tez-tez rast gəlinir. SOCAR Komissiyanın bu prosesdə sərf etdiyi və gələcəkdə sərf edəcəyi zaman, səy və resursları yüksək qiymətləndirir. Biz qısa müddət ərzində prosesin başa çatdırılması üçün Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyik”.SOCAR-ın rəsmi saytının məlumatına görə bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yunanıstanın “İmerissia” qəzetinə müsahibə bildirib.

Avropa Komissiyasının SOCAR-ın DESFA şirkətinin səhmlərini alması ilə bağlı araşdırmasını iqtisadi ekspertlərbazarda monopoliya yaranma ehtimalı izah edir. Eyni zamanda, siyasi ekspertlər araşdırmanı Azərbaycanın əsas fundamental azadlıqlarla bağlı Avropa dəyərlərindən uzaqlaşdığı üçün təzyiq kimi qiymətləndirir. Bununla yanaşı, Azərbaycan Avropa və ABŞ institutları tərəfindən maliyyələşdirilən QHT-lərlə bağlı cinayət işinin təqibini davam etdirir.

Abduillayev bildirib ki, SOCAR razılaşmanın təsdiq edilməsi üçün daim əlindən gələni edib və göstərilən səylər Yunanıstan hökuməti və Avropa Komissiyası tərəfindən müsbət qarşılanıb.

“Bu səbəbdən əminik ki, Avropa Komissiyasının Müsabiqə Direktoratı ikinci mərhələdə aparılacaq araşdırmaların nəticələrindən razı qalacaq. Hazırda, hipotetik məsələləri düşünmək üçün heç bir əsas yoxdur”.

SOCAR prezidenti “Avropa Komissiyasının araşdırmalarınınTAP layihəsinə təsir göstərə bilərmi?” sualına belə cavab verib.

“Ümid edirik ki, DESFA şirkətinə məxsus səhmlərin alınması vaxtında başa çatdırılacaq və bütün tərəflər gələcəkdə uğurlu əməkdaşlıq imkanlarından faydalana biləcəklər. Bildiyiniz kimi, iri beynəlxalq şirkətlər konsorsiumu olan TAP, DESFA ilə müstəqil şəkildə Əməkdaşlıq Haqqında Saziş imzalayıb və layihə Yunanıstanda çox yaxşı inkişaf edir”.

Abdullayev Azərbaycan enerji sektorunda Avropa İttifaqı ilə tərəfdaşlığından danışarkən deyib ki, Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində maraqları üst-üstə düşür, hər iki tərəf müvafiq enerji bazarlarının inteqrasiyasından bəhrələnə, bununla da enerji təhlükəsizliklərini gücləndirə bilər.

“Aİ və Azərbaycan enerji siyasətində eyni problemlərlə üzləşirlər. Enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, enerji bazarında islahatların dərinləşdirilməsi, enerji infrastrukturlarının inkişafı və modernizasiyası, enerji məhsuldarlığı və qənaəti, bərpa olunan enerji mənbələrindən istifadə hər iki tərəfi ciddi düşündürür. Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsi lazımi islahatlara imkan verər, eyni zamanda investisiya mühitini gücləndirər, gələcək investisiyalar üçün şərait yaradar.

Tarixi perspektivdən baxanda, Azərbaycan həmişə özünü qlobal enerji təchizatı mərkəzi olmağa hazırlayıb və hazırlayır. Bildiyiniz ki, SOCAR hazırda 25 qlobal şirkətlə birlikdə bir sıra neft və qaz layihələri üzərində işləyir. Bu layihələr sırasında “Şahdəniz-2” qazını Avropaya ötürəcək Cənub Qaz Dəhlizini qeyd etmək istərdim. Cənubi Qafqaz, TANAP və TAP boru kəmərlərinin də daxil olduğu bu layihəyə yatırılan 45 milyon ABŞ dolları həcmində investisiyanın əhəmiyyətli hissəsi SOCAR tərəfindən qoyulur. Bu, bizim Aİ enerji təchizatı təhlükəsizliyinə tərəfdar olduğumuzu bir daha sübut edir.

Bir daha qeyd etmək istərdim ki, SOCAR Avropanın etibarlı enerji tərəfdaşıdır. Biz həqiqətən də inanırıq ki, enerji təchizatı diversifikasiyası bu gün Avropa İttifaqının enerji siyasətində ən önəmli məsələlərdən biridir və SOCAR avropalı tərəfdaşlarını dəstəkləyir”, SOCAR prezidenti qeyd edib.

XS
SM
MD
LG