Accessibility links

Həbsdə olan jurnalistin səhhəti pisləşib


Əvəz Zeynallı (Foto Ülvi Həsənlinindir)

Əvəz Zeynallı (Foto Ülvi Həsənlinindir)

10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının səhhəti pisləşib.

“O, yaxşı nəfəs ala bilmir, beyninə oksigen çatışmamazlığı yaranıb, ürək döyüntüləri artıb, qıcolmaları var”, deyə redaktorun həyat yoldaşı Məlahət Zeynallı bildirib.

Onun sözlərinə görə, nəfəs sistemində problemlər həbsdən əvvəl də var idi, burnundan iki dəfə uğursuz əməliyyat olunub. Hazırda növbəti əməliyyata ehtiyac var və ailəsi təhlükəsizlik məqsədilə bu əməliyyatın penitensiar müəssisədən kənarda edilməsini istəyir.

“4 ildir ki, Əvəz həbsdə xəstəlikdən əziyyət çəkir və biz bilmirik nə edək”, deyə o bildirib.

Əvəz Zeynallı keçmiş deputat Gülər Əhmədovanın rüşvət tələb edilməsi haqqında bəyanatı əsasında 28 oktyabr 2011-ci ildə həbs edilib və 9 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları onu “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG