Accessibility links

Artıq çəki ciddi şəkildə xərçəng xəstəliyi riskini artırır. Açıqlanan yeni hesabatda deyilir ki, 2012-ci ildə aparılan araşdırmalar dünya boyu 481 000, yəni 3.6 faiz xərçəng piylənmə səbəbindən əmələ gəlib.

Fransanın Lion şəhərində yerləşən Beynəlxalq Xərçəng Araşdırmalar Mərkəzinin açıqladığı hesabatda 1980-ci illərdən bəri xərçəng xəstəliyinin artıq çəkili insanlarda iki dəfə artıq olduğu deyilir.

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalar üzrə mərkəzlərindən biri olan Beynəlxalq Xərçəng Araşdırmalar Mərkəzinın 2012-ci ildə apardığı tədqiqatın nəticələri göstərib ki, artıq çəkili qadınlarda xərçəng xəstəliyi kişilərlə müqayisədə 2.5 dəfə artıq müşahidə edilir.

Araşdırmaların nəticələri 345 000 qadında yeni xərçəngin əsasən döş, uşaqlıq və reproduktiv orqanlarda aşkar edildiyini göstərib. Alim Melina Arnold artıq çəkinin müxtəlif mexanizmlərinin xərçəngə səbəb olduğunu deyir. “Məsələn, döş xərçəngi, biz bilirik ki, buna səbəb əsasən piy toxumalarının ifraz etdiyi hormonlardır. Həmin hormonlar xərçəng əmələ gətirir.”

Arnoldun dediyinə görə, araşdırmalar zamanı 90 000-ə yaxın kişidə bağırsaq və böyrək xərçəngi aşkar edilib. Qida borusunda və udlaqda xərçəng isə ən geniş yayılan xəstəlikdir və əsasən ağır çəkili kişilərdə müşahidə olunur. “Buna səbəb əsasən mədə turşuluğunun artıq olmasıdır və belə hallar piylənmə olan insanlarda qeydə alınır.”

Beynəlxalq Xərçəng Araşdırmaları Mərkəzinın araşdırması piylənmənin xərçəng xəstəliyi ilə əlaqəsi olduğunu göstərən ilk tədqiqatdır. Yeni xərçəng xəstəlikləri çox hallarda inkişaf etmış ölkələrdə aşkar edilib. Səhraaltı Afrikada 7 300, yəni 1.3 faiz olduğu halda, Şimali Amerikada 23 faiz olub.

Alimlər artıq çəkinin problemə çevrildiyini və bu problemin gələcək 10 illə 20 il arasında xərçəngin sayını artıracağını proqnozlaşdırır.

XS
SM
MD
LG