Accessibility links

ABŞ Dövlət Departamenti Turxan Kərimovun saxlanmasına reaksiya verdi


ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki

Amerikanın Səsinin Dövlət Departamentindəki müxbirinin Azadlıq Radiosunun əməkdaşı Turxan Kərimovun mülki geyimli şəxslər tərəfindən saxlanılaraq polis bölməsinə aparılması haqda sualını cavablandıran Dövlət Departamentinin sözçüsü Cen Psaki Azərbaycan hökumətini fundamental insan haqlarına əməl etməyə çağırıb.

“Biz Azərbaycan hökumətinin sivil cəmiyyət təşkilatlarına tətbiq etdiyi son məhdudiyyətlərdən ciddi narahatıq,” deyə xanım Psaki bildirib. “Azərbaycan hökumətinin insan haqları sahəsində öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi bizi artan şəkildə narahat edir.”

Cen Psaki rəsmi Bakını vətəndaşların universal hüquqlarına hörmət etməyə və onları öz baxışlarını sərbəst şəkildə ifadə etməyə imkan verməyə çağırıb.

“Onlar gələcək sabitliyi və firavanlığı açıq cəmiyyətə şərait yaratmaqla təmin edə bilərlər.”

Cen Psaki əlavə edib ki, ABŞ rəsmiləri Azərbaycan rəsmilərinə öz narazılıqlarını çatdırırlar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG