Accessibility links

Azərbaycana yeni səfir Senat komitəsində təsdiq olundu


Robert F. Cekuta

Robert F. Cekuta

Bu gün Senat Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib. Prezident Barak Obamanın nominasiya etdiyi Robert Cekuta komitə səsverməsində təsdiq olunub. Dinləmədə Azərbaycanla bağlı ətraflı müzakirə olmayıb.

Cənab Cekuta Dövlət Katibinin Enerji Resursları Bürosunda baş yardımçı müavinidir. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edir.

Robert Cekutanın xaricdə diplomat qismində təcrübəsi var. O, 2007-2009 illər arasında Tokyoda, 2003-2007 illər arasında isə Berlində xidmət edib. Burada o, dünyanın iki iqtisadi qüdrətinə iqtisadi məsələlərdə tövsiyələr verib.

Robert Cekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.

XS
SM
MD
LG