Accessibility links

Avstraliyada girov böhranına son qoyulub [Fotoqalereya]


Avstraliya polisi Sidneydəki kafeyə bir gün davam edən girov böhranına son qoyulduğunu və girovdarın özü də daxil edilməklə 3 nəfərin öldüyünü bildirir.

Polis komissarı Endryu Stipionanın bildirdiyinə görə, girovlar güclü silahlanmış polisin bir silahlı şəxsin 17 nəfəri 16 saat girov saxladığı Lindt Chocolat Cafe-sinə hücum etməsindən sonra azad edilib.

Polis eləcə də girovdarın, 50 yaşlı iranlı mühacir Man Haron Monisin, girovlardan 34 yaşlı kişinin və 38 yaşlı qadının öldüyünü bildirirb.

Canlı videoda atəş və partlayış səsləri eşidilib. Bundan sonra isə ərazidən adamlar daşınmağa başlayıb.

Bəziləri xərəklərdə aparılıblar. Təcili yardım işçiləri bir sıra adamlara ərazidəcə süni nəfəs verməyə çalışan yerdə videoya çəkiliblər. İtkilərin olduğu deyilir, amma məlumat tam təsdiqlənməyib.

XS
SM
MD
LG