Accessibility links

Gerald Knaus: Azərbaycan rəsmilərinə viza qadağaları qoymaq lazımdır [Video]


Jurnalist Xədicə İsmayılovanın Azərbaycan hökuməti tərəfindən həbsi ABŞ və Avropa mediasında sərt təpkilərlə qarşılanır. Amerikanın Səsinə Skype müsahibəsində Avropada Sabitlik Təşəbbüsünün rəhbəri Gerald Knaus Azərbaycanda insan haqları durumunun pisləşməsində Avropa Şurasının hərəkətsizliyini qınayır. Onun sözlərinə görə bu qədər siyasi məhbus saxlayan ölkənin şura üzvlüyündə qalması yolverilməzdir.

Amerikanın Səsi: Cənab Knaus, sizin həm professional həmkar, həm də dost kimi Xədicə İsmayılovanın həbsinə reaksiyanız necə oldu?

Xədicə və onun dostları bilirdi ki, Azərbaycana hər səfər təhlükəlidir - rejim onu həbs etmək üçün bəhanə axtarır və çox biabırçı bir bəhanə tapdı.

Gerald Knaus: Kədərli orasıdır ki, burada təəccüblü heç nə yox idi. Bütün yay və payız aylarında baş verən həbslərdən sonra Xədicə və onun dostları bilirdi ki, Azərbaycana hər səfər təhlükəlidir - rejim onu həbs etmək üçün bəhanə axtarır və çox biabırçı bir bəhanə tapdı. Əlbəttə, o buna görə həbs olunmayıb. O, demokratiya və insan haqlarını təşviq etdiyinə, və bu hərəkatın ilhamvericisinə çevrildiyinə görə həbs olunub. O, bu riski öz boynuna götürmüşdü. İndi çox vacibdir ki, hamı onun azadlığa çıxması üçün mübarizə aparsın. Amma ondan da mühümü Xədicənin uğrunda mübarizə apardığı və həbsə alındığı insan haqlarının qorunmasıdır.

Amerikanın Səsi: Siz və sizin Avropada tərəfdaşlarınız onun həbsdən azad edilməsi üçün hansı şəkildə fəaliyyət göstərəcək?

Jurnalist Xədicə İsmayılova

Jurnalist Xədicə İsmayılova

Gerald Knaus: Biz bu il gördük ki, bəzi ölçülər işləmir və bəzi yeni ölçülərə ehtiyac var. İşləməyəni odur ki, insan haqları təşkilatları sadəcə problemləri qeyd edə bilməzlər. İndiyə hamı Azərbaycanda nə baş verdiyini bilir. Narahatlıq ifadə etməyin də mənası yoxduir. Bunu çox etmişik. Təsisatlar Azərbaycan hökumətinə qarşı konkret addımlar atmalıdırlar. Məsələn, Azərbaycanın üzv olduğu və insan haqlarının himayədarı hesab edilən Avropa Şurası aydın etməlidir ki, bu qədər siyasi məhbusla Azərbaycan üzvlükdə qala bilməz. O Avropa İttifaqı ki, çox sayda ölkə rəsmilərinə insan haqlarını pozdulqarına görə sanksiyalar tətbiq edib, Azərbaycanın polis, prokuratura, ədliyyə, həbsxana işçilərinə qarşı viza qadağaları tətbiq etməlidir. Nəhayət biz hamımız Xədicənin başına gələnləri işıqlandırmalıyıq. Azərbaycanda Avropa dəyərlərini müdafiə etdiklərinə görə həbsə salınan cəsur dissidentlərin hekayələrini danışmalıyıq.

Amerikanın Səsi: Jurnalistin həbsinin Azərbaycan və Avropa arasında münasibətlərə, xüsusilə də Azərbaycanın Avropa Şurasında üzvlüyünə hansı təsiri olacağını düşünürsünüz?

Avropa İttifaqı Azərbaycanın polis, prokuratura, ədliyyə, həbsxana işçilərinə qarşı viza qadağaları tətbiq etməlidir.

Gerald Knaus: Avropa Şurası rüsvayçı şəkildə iflasa uğrayıb. Azərbaycanın Nazirlər Komitəsinə başçılıq etdiyi müddətdə həbslərin ardı-arası kəsilmədi. Avropa Şurasından isə buna kəskin reaksiya verilmədi. Bu, qismən Azərbaycan hökumətinin effektiv lobbi səylərinin nəticəsi idi. O biri tərəfdən isə Qərb təsisatlarında Azərbaycanla bağlı bir laqeydlik var. Bu, dəyişməlidir. Biz ümid edirik ki, AŞPA yanvarda iclaslarını bərpa edəndə, bu mövzu ciddi debata çıxarılacaq. Ümid edirik ki, Skandinaviya, İsveçrə, Birləşmiş Krallıq Almaniya və Mərkəzi Avropa hökumətləri hər gün bu məsələni gündəmə gətirəcəklər. Təsəvvür edin ki, Azərbaycan quruma rəhbərlik etdiyi bir vaxtda dissidnetləri həbs edib. Avropa Şurasının insan haqları üzrə Vatslav Havel mükafatını almış Anar Məmmədli həbsdədir. Ümid edirəm ki, Norveçin sabiq baş naziri olmuş və hazırkı baş katib Thorbjorn Yaqland, rəyasət heyəti və üzv dövlətlər yanvardan başlayaraq işə keçəcəklər.

XS
SM
MD
LG