Accessibility links

Huffington Post: Azərbaycan hökuməti Qərb ekspertlərini satın alır


Brenda Şaffer
Brenda Şaffer

Huffington Post qəzetində dərc edilən yazıda Azərbaycan kimi ölkələrin ABŞ düşüncə mərkəzlərində pul gücünə nüfuz satın almasından bəhs olunur. Till Brucknerin yazdığına görə Brenda Şaffer kimi Azərbaycan hökuməti ilə sıx təmasda olan insanlar özlərini Qərbdə ekspert kimi qələmə verərək məqalələr dərc edir və bununla da Qərbdəki ictimai fikrə təsir göstərirlər.

"Son günlərdə ABŞ-da xarici siyasət ekspertləri tənqidlərlə üzləşirlər," deyə Bruckner yazısına başlayır. "İlk öncə The New York Times qəzeti yüksək profilli təşkilatları xarici donorlarla əlaqələrinə görə tənqid etdi. Məsələn, Brookings İnstitutunun neftlə zəngin Qatar dövlətindəki filialında fəaliyyət göstərən tədqiqatçı Səlim Əli qəzetə bildirib ki, işə müraciət zamanı ona bildirilib ki, o, işlədiyi müddətdə Qatar hökumətini tənqid etməməlidir. Qlobal İnkişaf Mərkəzi də eləcə Norveçdən qrant almaqla hüquqi və etik baryerləri aşıb."

Atlantik Şurasının 2012-ci ildə İstanbulda təşkil etdiyi enerji konfransına SOCAR $50,000 dollar xərcləyib.
Atlantik Şurasının 2012-ci ildə İstanbulda təşkil etdiyi enerji konfransına SOCAR $50,000 dollar xərcləyib.

"İndi isə universitet professoru xarici neft və qaz şirkəti ilə əlaqəsinə görə Tvitterdə hücumlara məruz qalıb. Professor Brenda Şaffer Hayfa Universitetində məruzəçidir və Corctaun Universitetində qonaq alimdir. Xanım Şafferin illər boyu Los Angeles Times, New York Times, Wall Street Journal və Washington Post kimi nəhəng ABŞ qəzetlərində 26 köşə yasızı dərc olunub.

O, məqalələrində və Konqresə verdiyi rəylərdə ABŞ qanunvericilərini Azərbaycana daha çox diqqət ayırmağa və Azərbaycandan Avropaya qaz daşıyacaq Gürcüstan və Türkiyədən keçən Cənubi Qaz Korridoru boru kəmərini aktiv olaraq dəstəkləməyə çağırıb.

Məsələn, Brenda Şafferin Foreign Policy jurnalında dərc olunan yazısısnda o, boru kəmərini belə şərh edib.

'Bu həftə Avropa Birliyi liderləri Azərbaycanla Azərbaycandan Avropaya qaz daşıyacaq boru kəmərinin tikintisi üzərində saziş imzaladılar. Bu tərtibat nəticəsində cənubi Avropaya milyardlarla sərmayə pulu axacaq və təkcə tikinti mərhələsində boru kəmərinin keçdiyi ölkələrdə 30 min yeni iş yeri açılacaq... Şah Dəniz layihəsinin zamanlaması daha yaxşı ola bilməzdi...İşlərə kömək edən isə Bakının Avropa ilə əməkdaşlığının təhlükəsizliyə və inkişafa doğru aparan yol olmasına möhkəm inancıdır... Boru kəməri razılaşması Avropa üçün də şad xəbərdir, çünki Avropa illər sonra ilk əsas qaz mənbəyini açır... Avropanı Azərbaycanla birləşdirən boru kəməri Rusiyanın istədiyi vaxt Avropa və Qafqazın istiliyini kəsməsinin qarşısını alacaq... Yeni təbii qaz təchizatı Avropaya karbon emissiyasını və hava çirklənməsini azaltmağa yardım edəcək, çünki son zamanlar yüksək elektrik qiymətləri Avropanı ABŞ-dan ucuz kömür almağa vadar edib.'

SOCAR Amerikada ekspert rəyinə təsir göstərmək üçün külli miqdarda pul xərcləyir.
SOCAR Amerikada ekspert rəyinə təsir göstərmək üçün külli miqdarda pul xərcləyir.

Bu yazının oxucularına Brenda Şaffer Corctaun Universitetinin Avrasiya, Şərqi Avropa Araşdırmalar mərkəzində qonaq tətdiqatçı kimi təqdim olunur. Lakin onlara xanım Şafferin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidentinin məsləhətçisi kimi işlədiyi bildirilmir.

Nə professor Şaffer nə də SOCAR bu əlaqənn dəqiq müddəti və maliyyə aspektləri barədə elektron məktubları cavablandırmayıblar, ona görə də xanım Şafferin hələ də SOCAR-da işləyib-işləmədiyinə dair məlumat yoxdur. Lakin SOCAR bu xəbəri yayan AzadlıqRadiosuna Şafferlə hər hansı əlaqəni rəsmi şəkildə təkzib edib.

Xanım Şafferin SOCAR-la olan əlaqəsi yalnız Benda Şafferin digər bir məqaləsi The New York Times qəzetində dərc olunandan sonra bir oxucunun bu informasiyanı qəzetə bildirməsi ilə ictimaiyyətə açıqlanıb. The New York Times xanım Şafferi öncə Hayfa Universitetinin professoru və Corctaun Universitetinin tətqiqatçısı kimi tanıdıb, lakin bir neçə gün sonra məqaləyə aydınlıq gətirən hissə əlavə edib.

ABŞ-da Azərbaycanın müdafiəçiləri var. Bunların sırasına akademiklər, bizneslə məşğul olan bəzi insanlar, və bəzi təşkilatların alimləri daxildir, hansıların ki, işləri Azərbaycan haqqında müsbət imic yaratmaq üçün məqalələr yazmaq və Azərbaycanı ABŞ-ın strateji tərəfdaşı kimi təsvir etmək üçün tədbirlər təşkil etməkdir.
Riçard Kazlariç, ABŞ-ın Azərbaycandakı sabiq səfiri

“Azərbaycan və Ermənistan arasında olan gərginliklər haqqında olan bu məqalədə müəllifin Azərbaycan dövlət neft şirkətinin məsləhətçisi olduğu qeyd edilməyib. Digər köşə yazarları kimi, müəllif Brenda Şaffer də real və ya potensial maraqlarının ziddiyətini açıqlamağı tələb edən müqavilə imzalayıb. Redaktorlar onun şirkət ilə əlaqəsini daha öncə bilsəydilər, onun bu informasiyanı açıqlamasını təkid edərdilər.”

Brenda Şaffer daha öncə Konqres önündə ifadə verərkə də SOCAR-la əlaqəsini açıqlamayıb. Eyni şəkildə Şafferin öncəki 25 məqaləsində də onun dövlətə məxsus olan şirkətin məsləhətçisi olduğu və ya Azərbaycan Diplomatik Akademiyasında dərs dediyi qeyd edilməyib.

Corctaun Universiteti və ya Haifa universiteti işçilərinin SOCAR-la əlaqələrindən xəbərdar olub-olmadıqları naməlumdur. (Heç bir universitet bu məsələ ilə bağlı elektron müraciətləri cavablandırmayıb.) SOCAR-ın vitse-prezidentinin müavinin Harvardın Kennedi Dövlətçilik Məktəbindəki ictimai məruzəsi zamanı Harvardın Brenda Şafferi kürsüyə dəvət etdiyi zaman da bu məlumatdan xəbərdar olub-olmadığı məlum deyil.

Azərbaycan hökumətinin maliyyələşdirdiyi Brenda Şaffer illər boyu müstəqil ekspert qismində Los Angeles Times, New York Times, Wall Street Journal və Washington Post kimi nəhəng ABŞ qəzetlərində 26 köşə yasızı dərc etdirib.

Brenda Şafferlə əməkdaşlıq edən təşkilatlarda onun məsləhətçi rolundan məlumatlarının olmadığı da sual altındadır. Məsələn xanım Şafferin ekspert kimi fəaliyyət göstərdiyi Vilson Mərkəzi veb saytında Brenda Şafferin səhifəsinin mənsubiyyət hissəsində onun yalnız Corctaun və Haifa universitetləri ilə olan əlaqəsi qeyd edilib. 2012-ci ildə SOCAR-dan 50 min dollar vəsait alan Atlantik Şura Brenda Şafferi “Qafqazda NATO: Azərbaycan Misalı” adlı konfransa dəvət edib, lakin tədbirdə onun lobbiçi olduğunu qeyd etməyib.

Brenda Şaffer dünyanı azdıran yeganə belə professordurmu?

ABŞ-ın Azərbaycandakı sabiq səfiri və hal-hazırda Corc Meyson Universitetinin Siyasət, Hökümət və Beynəlxalq Əlaqələr məktəbinin professoru Riçard Kazlariç belə düşünmür. O, bildirib:

“ABŞ-da Azərbaycanın müdafiəçiləri var. Bunların sırasına akademiklər, bizneslə məşğul olan bəzi insanlar, və bəzi təşkilatların alimləri daxildir, hansıların ki, işləri Azərbaycan haqqında müsbət imic yaratmaq üçün məqalələr yazmaq və Azərbaycanı ABŞ-ın strateji tərəfdaşı kimi təsvir etmək üçün tədbirlər təşkil etməkdir. Bu müdafiəçilərin çoxu Azərbaycan müəssisələri ilə əlaqələrini açıqlamırlar, çünki onlar Azərbaycan adına lobbiçilik səyləri aparırılar. Mən digər avtoritar rejimlərin oxşar fəaliyyətlərlə məşğul olub-olmadıqlarını bilmirəm.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG