Accessibility links

Rusiyada maliyyə böhranı ucuz mal satan biznesləri dirçəldir [Video]


Ucuz mal satan rus bizneslər çiçəklənir
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Ucuz mal satan rus biznesləri çiçəklənir

Maliyyə kapitalının ölkədən axını, neft qiymətlərinin kəskin enməsi və Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanın zəif iqtisadiyyatının tənəzzülə uğramasına gətirib çıxarıb. Lakin rublun məzənnəsinin düşməsi ixracatçılar və ucuz mallar axtaran müştəriləri cəlb edən biznes şirkətlərinin xeyrinədir.

Rusiyadan investisiya axını və ofis yerlərinin boş qalmasına baxmayaraq, Moskvada göydələnlərin inşası davam edir.

Rusiyada rublun məzənnəsinin düşməsi ölkədə aşağı qiymətli malların ixracatçıları üçün xeyirli olub. Lakin İsveçin İKEA kimi nəhəng idxal şirkətləri bundan böyük zərər görüb.

IKEA Rusiyada satılan malların 40 faizini idxal edir və indi itkiləri qarşılamaq üçün qiymətlərin artırılmasını nəzərdən keçirir.

Roman Drozdenkonun Yüksək Səviyyədə Mehmanxana şirkəti daha ucuz qiymətlərə üz tutan müştərilərə xidmət göstərir.

Roman Drozdenko: “İndi biznesdə xərcləri azaltmaq istəyən adamlar buraya üz tutur.”

Maliyyə böhranı rus rublunun məzənnəsinin kəskin düşməsi ilə müşayiət olunur.
Maliyyə böhranı rus rublunun məzənnəsinin kəskin düşməsi ilə müşayiət olunur.

Roman Drozdenkonun sözlərinə görə, yataqxana tipli bu mehmanxananın Moskvanın Beynəlxalq Biznes Mərkəzinin 43-cü mərtəbəsində yerləşməsi burada çox sayda boş yerin olması ilə bağlıdır.

Roman Drozdenko: “Moskva siti” adlanan bu yerin 30 faizi boşdur. Boş yer çox olduğuna görə bizim burada yerləşməyimizə icazə verilib.”

Rusiyadan investisiya axını və ofis yerlərinin boş qalmasına baxmayaraq, Moskvada göydələnlərin inşası davam edir.

Rusiya rəsmiləri bugünkü iqtisadi şəraitdə Moskvanın özünün də Qərb məhsullarına qoyduğu sanksiyalara baxmayaraq, yerli biznes sahələrinin inkişaf edəcəyini deyir.

İqtisadi tənəzzül keçən ay Moskvada dünyanın ən böyük süni buz meydançasının açılmasına mane olmadı.

Moskvalıların çoxu yeni il tətili xaricə getməyəcək və buraya buz meydançasına gələcək. Bu o deməkdir ki, rusların çoxu Rusiyada qalacaq.

İrina Qordina-Nejmetskaya Bütün Rusiya Sərgi mərkəzinin direktor müavinidir.

İrina Qordina-Nejmetskaya: “Moskvalıların çoxu yeni il tətili xaricə getməyəcək və buraya buz meydançasına gələcək. Bu o deməkdir ki, rusların çoxu Rusiyada qalacaq.”

Rublun düşməsi ruslar üçün xaricə səfərlərin daha baha olması deməkdir. Bu gün çoxları iqtisadiyyatın durumu və iqtisadi tənəzzülünü daha da dərinləşə biləcəyindən narahatdır.

XS
SM
MD
LG