Iqtisadçılar: Rusiyanı qarşıda çətin durum gözləyir
Bu həftə Rusiya hökümətinin iqtisadiyyatın son 5 ildə ilk dəfə noyabr ayında tənəzzül yaşadığını açıqlayan hesabatından sonra rus valutasının məzənnəsi yenidən düşüb. Bu yaxınlarda Rusiya höküməti bankları stabilləşdirmək və rublun dəyərini yüksəltmək üçün atacağı addımları açıqlayıb. Ekspertlər isə ölkə iqtisadiyyatının gələn il də tənəzzül yaşayacağını bildirir.