Accessibility links

Amerikalı ekspertlər İlham Əliyevin repressiv siyasətindən və Vaşinqtona arxa çevirməsindən yazır

Yanvarın 13-də ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariçin Brookings İnstitutunda "Azərbaycanda Heydər Əliyev dövrü səs-küylə yox, pıçıltı ilə başa çatdı" adlı məqaləsi dərc olunub:

"2014-cü ilin dekabr ayının 3-də Azərbaycandakı Heydər Əliyev dövrü sona çatdı. Bununla ABŞ və Azərbaycan arasındakı yaxın siyasi əlaqələr də bitdi. 1993-cü ildən 2003-ci ilədək Azərbaycanın prezidenti olan Heydər Əliyevin xarici siyasətinə Qərblə enerji, ABŞ və ATƏT, Avropa Şurası, Avropa Birliyi, NATO kimi digər transatlantik qurumlarla isə siyasi və təhlükəsizlik əlaqələri daxil idi. Lakin onun oğlu və davamçısı, Azərbaycanın hazırkı prezidenti İlham Əliyev atasının yürütdüyü siyasətdən ayrılaraq keçmişlə əlaqəsini kəsdi.

Oğlu və davamçısı, Azərbaycanın hazırkı prezidenti İlham Əliyev atasının yürütdüyü siyasətdən ayrılaraq keçmişlə əlaqəsini kəsdi.

İlham Əliyev Azərbaycanın xarici siyasətindəki böyük dəyişikliyə qarşı səssizdir. Vaşinqtonun isə buna qarşı rəsmi münasibəti yoxdur. ABŞ-Azərbaycan əlaqələri artıq bir neçə zamandır ciddi böhran yaşayır. Prezident administrasiyasının sədri Ramiz Mehdiyevin məqaləsində bildirilir ki, ABŞ elə əvvəldən ölkədəki müxalifətlə birgə “beşinci kolon” yaratmağa çalışıb ki, ölkədə “rənqli inqilab” təşkil etsin. ABŞ dünya ölkələrinin, xüsusən də Azərbaycanın, daxili siyasətinə müdaxilə etmək üçün ikili siyasət yürüdüb.

Cənab Mehdiyev bildirir ki, artıq Azərbaycan ABŞ-dan üz çevirib ölkədə güclü prezident hakimiyyəti və stabilliyi yaratmaq üçün milli birlik yolu seçməlidir.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ABŞ-ı beynəlxalq sabitliyi pozmaqda ittiham edir.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ABŞ-ı beynəlxalq sabitliyi pozmaqda ittiham edir.

Mehdiyevin məqaləsinin ardınca Azərbaycan mətbuatında ABŞ-a qarşı hücumlar davam etdi, ABŞ-ın dəstəklədiyi AzadlıqRadiosunun ofisinə reydlər təşkil olundu və təşkilatla əlaqələri olan aparacı jurnalistlər həbs olundu. Xarici qeyri-hökümət təşkilatlarının bank hesabları bağlandı, və nəticədə onların Azərbaycandakı fəaliyyətləri dayandırıldı. ABŞ rəsmiləri, Konqres işçiləri, ABŞ səfirləri hətta ABŞ prezidenti belə sərt tənqidlərə məruz qaldı.

Əliyev höküməti artıq Amerika Birləşmiş Ştatlarının Azərbaycana qarşı ölkədə demokratik inkişafın və insan haqlarının təmin olunması ilə bağlı təzyiqlərindən üzülüb. Azərbaycan uzun zamandır ABŞ-ın Azərbaycanı strateji tərəfdaş kimi görməsini istəyir. Bu səbəbdən daxili siyasətində müəyyən güzəştlərinin olduğuna inanıb və Vaşinqtondan rejimin daxili siyasətini tənqid etmələrinə son qoymasını istəyib.

Azərbaycanın nöqteyi-nəzərindən ABŞ-la diplomatik əlaqələrin nəticəsi uğurlu olmayıb. ABŞ qeyri-hökümət təşkilatlarının Azərbaycandakı fəaliyyəti ABŞ-ın Azərbaycandakı daxili situasiya ilə bağlı tənqidlərinin artmasına səbəb olub.

Azərbaycanın nöqteyi-nəzərindən ABŞ-la diplomatik əlaqələrin nəticəsi uğurlu olmayıb. ABŞ qeyri-hökümət təşkilatlarının Azərbaycandakı fəaliyyəti ABŞ-ın Azərbaycandakı daxili situasiya ilə bağlı tənqidlərinin artmasına səbəb olub. Azərbaycan rəsmilərinin fikrincə ABŞ heç bir zaman Azərbaycana cəhdlərinə görə hörmət etməyib və adekvat qarşılıq verməyib.

Azərbaycan rejiminin fikrincə Vaşinqtonun Ukrayna prezidentinin devrilməsinə verdiyi dəstək onu göstərir ki, Azərbaycanda demokratiya və insan haqlarını təbliğ edən ABŞ-ın dövlət və qeyri-hökümət təşkilatları Azərbaycanda da eyni şeyi etmək istəyirlər. Ən azından onların ölkədəki siyasi və insan haqları problemlərini diqqət mərkəzinə gətirmələrinin səbəbi Avropa Oyunları ərəfəsində ölkənin imicini dağıtmaqdır.

AzadlıqRadiosuna olan reyd Azərbaycanın öz vətəndaşlarından qorxduğunun əlamətidir. Ukraynadakı daxili böhran Azərbaycanın siyasi rəhbərliyini sarsıdıb. Onlara Azərbaycanın siyasi gələcəyində daha çox söz haqqı tələb edən gənc əhalinin yaratdığı “daxili təhlükə” rəvayətini gücləndirmək üçün ABŞ-dan gələn “xarici təhlükə” lazımdır. Bundan əlavə qlobal enerji qiymətlərinin azalması da ölkədə iqtisadi təzyiq yarada bilər. Bunların nəticəsində rejimin xarici müdaxiləyə dair paranoyası artıb.

İlham Əliyev dönəmində Azərbaycanda müxalifət əzilib, müstəqil mətbuat sərt basqılara məruz qalıb.

İlham Əliyev dönəmində Azərbaycanda müxalifət əzilib, müstəqil mətbuat sərt basqılara məruz qalıb.

Qlobal enerji bazarındakı inkişafa görə 20 il bundan əvvəl olduğu kimi ABŞ-Azərbaycan əlaqələrində Azərbaycanın enerjisi artıq əsas rol oynamır. İranla nüvə razılıq prospektivi və İranın qlobal ictimaiyyətlə daha yaxın əlaqə qurması ABŞ-İran qarşıdurmasının başa çatacağının işarəsidir. Belə olsa Azərbaycanın regiondakı tərəfdaş kimi dəyəri azalacaq.

Ramiz Mehdiyevin ABŞ hökümətinə olan hücumu bizə göstərir ki, ABŞ Azərbaycandakı demokratiya, insan haqları və ifadə azadlığı ilə bağlı apardığı işlərini yenidən nəzərdən keçirməlidir. İllərin təcrübəsi göstərir ki, Azərbaycan kimi məhdud ölkələrdə hökümət xarici təşkilatları bağlayır və onların yerli tərəfdaşlarını həbs edir. Ona görə də, artıq yerli tərəfdaşlara riskləri azaltmaq üçün yeni yanaşma tərzləri nəzərə alınmalıdır. Bundan əlavə artan anti-amerikanizm və siyasi məhbusların saxlanılması onu göstərir ki, ABŞ narahatlıq ifadə etməkdən savayı daha çox səylər göstərməlidir.

ABŞ və beynəlxalq ictimaiyyətin hörmətini qazanmaq üçün Azərbaycan siyasi məhbusları azadlığa buraxmalıdır və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanla ciddi danışıqlar aparmalıdır.

Eyni gün diqər bir məqalə isə Huffington Post qəzetində "Azərbaycan: Odlar Diyarı? Bəziləri üçün elədir" başlığı altında dərc olunub.

Azərbaycanda ifadə azadlığına qarşı sərt təzyiqlər baş verir. Hakimiyyət rəsmilərinə etiraz edənlər zorakılıq, təhlükə və həbslə üzləşirlər.

"Altı ay sonra Azərbaycanda ilk Avropa oyunları keçiriləcək. Hökümət siyasətçiləri, investorları və turistləri Azərbaycanın müasir, nizamlı və varlı olduğu üçün böyük idman tədbirləri keçirə biləcəyinə inandırmağa çalışır," Naomi Uestland yazır.

"Bunlara aldanmayın. Bunların hamısı pərdə arxasında olanları ört-basdır etmək cəhdləridir. Azərbaycanda ifadə azadlığına qarşı sərt təzyiqlər baş verir. Hakimiyyət rəsmilərinə etiraz edənlər zorakılıq, təhlükə və həbslə üzləşirlər. Bu təzyiq Ərəb Baharı, 2013-cü ildə keçirilən prezident seçkiləri və Rusiya-Ukrayna münaqişəsi ərəfəsində başlayıb. Son bir neçə ildə rəsmilər fəalları, jurnalistləri hədəf alıblar, dinc etirazların qarşısını alıb, şiddətli şəkildə dağıdıblar və qeyri-hökümət təşkilatlarının fəaliyyətlərini dayandırıblar.

Ən son isə araşdırmaçı jurnalist və fəal Xədicə İsmayıl həbs olunub. İyul ayında “Sülh və Demokratiya İnsitutu” qeyri-hökümət təşkilatının sədri Leyla Yunus dövlətə xəyanət və vergidən yayınma ittihamları ilə həbs olunub. Ölkədə Xədicə İsmayıl və Leyla Yunus daxil olmaqla 20-dən artıq vicdan məhbusu var. Onlar dinc şəkildə öz hüquqlarından istifadə etdikləri üçün dəmir barmaqlıqlar arxasındadırlar.

Jurnalist Xədicə İsmayıl

Jurnalist Xədicə İsmayıl

Noyabr ayına kimi Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinin sədri idi. Komitənin rolu üzv ölkələrdə Avropa İnsan Haqları Konvensiyasında sadalanan azadlıqlar və haqları qorumaqdır. Lakin Azərbaycanın jurnalist və fəalları haqlarından istifadə etdiklərinə görə həbs etməsi konvensiyaya tam ziddir. Bəs niyə beynəlxalq ictimaiyyət buna göz yumur? Çünki burada qlobal siyasət maraqları ilə neft və qaz maraqları üst-üstə düşür. Xarici liderlərin enerji maraqlarına xələl gətirməmək üçün Azərbaycandakı insan haqları problemlərindən bəhs etməmələri hakimiyyəti vətəndaşlarına rəftarla bağlı tənqidlərdən qoruyur. Eyni zamanda isə hakimiyyəti tənqid edənlər döyülməyə, susdurulmağa və həbs olunmağa davam edirlər. Azərbaycan - Odlar Diyarıdırmı? Bəziləri üçün elədir."

XS
SM
MD
LG