Accessibility links

Kapitoli binasına bomba hücumu hazırlayan amerikalı həbs edilib


Kristofer Kornel
Kristofer Kornel

Birləşmiş Ştatların Kapitoli binasında, eləcə də binanın ətrafında bomba hücumları planlaşdıran şəxs yaşadığı Ohayo ştatında həbs edilib.

Kristofer Kornel adlı şəxs dünən Sinsinnati şəhərindəki mağazadan silah aldıqdan sonra federal agentlər tərəfindən saxlanıb. Silah mağazasının meneceri müştərisinin nələr planlaşdırdığını biləndə həyəcan hissi keçirib. "Biz onu utancaq bir şəxs kimi tanıyırdıq. Onda qeyri-adi heç nə hiss etmirdik" deyə, mağazanın meneceri bildirib.

Federal Məhkəmə Kristofer Kornelə qarşı silah daşıma və Birləşmiş Ştatların hökumət işçilərinə sui-qəsd planlaşdırma ittihamları irəli sürüb.

Kornelin atası Mərkəzi Kəşfiyyat İdarəsinin oğlunu uzun müddətdir izlədiyini və ona qarşı iş hazırladığını bildirib. Ata deyib ki, oğlu hətta məscidə gedən vaxtlar da izlənib.

Məhkəmə sənədlərinə görə, hücum planlaşdıran Kristofer Kornel İslam Dövlətini dəstəkləyib və xaricdəki islamçılarla əlaqəsi olub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG