Accessibility links

Belçikada yəhudi muzeyi hücumundakı cinayət ortağı axtarılır


İlk şübhəli - Fransa vətəndaşı Mehdi Nenmuş hücumdan bir həftə sonra həbs olunub

Belçika polisi may ayında yəhudi muzeyinə hücum zamanı 4 nəfərin öldürülməsində ittiham olunan silahlı şəxsin mümkün cinayət ortağını axtarır.

Belçikanın dövlət prokuroru rəsmilərin mayın 24-də baş verən hücumdan 4 gün sonra dəmiryol vağzalında Fransa vətəndaşı Mehdi Nenmuşun yanında gəzən adamı axtardıqlarını təsdiq edib.

Nenmuş hücumdan bir həftə sonra Fransanın cənubunda yerləşən Marsel şəhərindəki avtovağzalda saxlanılıb. Onun üzərində muzey atışmasında istifadə olunan kalaşnikov avtomatı və tapança olub. Rəsmilər bildirir ki, Nenmuş bir il öncə Suriyada islamçı radikallara yardım edib.

Muzeyin təhlükəsizlik videosunda silahlı şəxsin binaya daxil olduqdan sonra çantasından kalaşnikov avtomatı çıxarıb atəş açdığı göstərilir.

Hücumun arxasındakı motivin anti-semitizm olduğu güman edilir. Hücum zamanı həlak olanların ikisi muzey işçisi, ikisi isə israilli turist olub.

XS
SM
MD
LG