Accessibility links

Müqəddəslərin təsviri ilə bağlı həssaslıq təkcə İslama xas deyil [Video]


Müqəddəslərin təsviri ilə bağlı həssaslıq təkcə İslama xas deyil
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Məryəm Ananın bəzi təsvirlərini sərgiləyən muzeylər də tənqidlərlə üzləşir

Fransız jurnalının ofisində 12 nəfəri öldürən terroristlər Məhəmməd peyğəmbərin karikaturalarına qəzəbləndiklərini bildirmişdilər. Lakin müqəddəslərin təsviri ilə bağlı həssaslıq təkcə İslama xas deyil.

Charlie Hebdo qətliamı bir daha Qərbin dünyanın digər hissəsləri ilə sənət qadağalarını paylaşmadığını göstərdi.

İnsanların ruhlarında və ürəklərində dərin kök salmış şeylər və onları yüksək səviyyələrə qadırmaq istəyi haqda danışmaq belə bir narahatlıq yarada bilər

Qeyri-müsəlmanlar müsəlmanların Məhəmməd Peyğəmbərlə bağlı həssaslıqlarını anlamaqda çətinlik çəkirlər. Ancaq bu muzey İsa Peyğəmbərin Anasını təsvir edən Avropa sərgisinə görə tənqidlərə məruz qalıb.

Bu sərgi vasitəsilə Qadınların İncəsət üzrə Milli Muzeyi sənətkarların Müqəddəs Məryəmə necə insan obrazı verdiklərini göstərmək istəyib. Lakin sərgi müasir rəssamların Məryəmə daha az pərəstiş eden təsvirlərini daxil etmədiyi üçün tənqid olunub.

Muzeyin direktoru Süzan Fişer Sterlinq bildirir ki, insanlar incəsətdə dinin təsvir olunmasına həssas yanaşırlar.

“Düşünürəm ki, Müqqəddəs Məryəm və ya digər din xadiminin olmağına baxmayaraq, bu situasiya emosional reaksiya doğuracaq. İnsanların ruhlarında və ürəklərində dərin kök salmış şeylər və onları yüksək səviyyələrə qadırmaq istəyi haqda danışmaq belə bir narahatlıq yarada bilər.”

Rahibə Mari-Bernard İntibah dövrünə məxsus “Bakirə və Uşaq” adlı əsərə pərəstiş edir. O, “Məryəmin təmiz ürəyinin qulları” adlı dini qrupa mənsubdur. Kim deyib ki, onların burda olmaları Allahın əmri deyil?

“Biz maşınla bu küçədən keçirdik – aborta qarşı hərəkatı dəstəkləyən konfransa gedirdik – və muzeyin yan tərəfində üzərində “Məryəmlə tanış ol” yazılan Müqəddəs Ananın şəklini gərdük, və “ora getməliyik” deyə düşündük.

Rahibə Mari-Bernard düşünür ki, digər sərgilər fil peyinindən hazırlanan və vulqar motivli 20-ci əsrə aid bu rəsm kimi təsvirləri sərgiləməklə səhv ediblər.

“İctimai incəsənətdə belə bir rəsmin sərgilənməsi məni vahimələndirir, çünki əsrlər boyu rəssamlar Məryəmi burada gördüyümüz kimi gözəl təsvir etməyə çalışıblar.”

Bu rahibələr üçün həyatlarını həsr etdikləri qadının rəsmini möhtəşəm canlandırmağa məhdudiyyət yoxdur.

XS
SM
MD
LG