Accessibility links

Ekspertlər Şimali Koreya şirkətlərinə sanksiyaların güclənəcəyini proqnozlaşdırır [Təhlil]


ABŞ-ın Şimali Koreya üzrə ekspertləri Vaşinqtonun kommmunist ölkəsinin şirkətlərinə qarşı sanskiyaları gücləndirəcəyini gözlədiklərini bildirirlər. Onlar həmçinin bildiir ki, Şimali Koreya ilə işləyən Çin maliyyə təşkilatlarına qarşı sanksiyalar tətbiq etmək asan olmayacaq.

Yanvarın 2-də prezident Barak Obama Sony Pictures Entertainment-i xakerliyə məruz qoyan Şimali Koreyaya qarşı sanksiyaların tətbiq olunması ilə bağlı sərəncam imzalayıb. Ötən ilin sonunda Sony Pictures Şimali Koreya lideri Kim Conq-Una qarşı sui-qəsd hazırlayan iki amerikalı jurnalist barədə "Interview" adlı film açıqlamışdı.

ABŞ Şimali Koreyanı "Müsahibə" filminə görə Sony-yə kiber hücumda ittiham edir
ABŞ Şimali Koreyanı "Müsahibə" filminə görə Sony-yə kiber hücumda ittiham edir

Sərəncama əsasən Amerika höküməti Şimali Koreya Kəşfiyyatının Baş Bürosuna, Mədənçiliyin İnkişafının Ticarət Korporasiyasına, Tanqun Ticarət Korporasiyasına, eləcə də 10 fərdi şəxsə qarşı sanskiya tətbiq edəcək.

Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, sərəncamın davamı olacağını və "bunun ABŞ hökümətinin Şimali Koreyaya qarşı ilk addım" olduğunu deyib.

Obama administrasiyası Pxenyana daha çox təzyiq yollarını müzakirə etsələr də, ekspertlər son sanksiyaların sadəcə simvolik xarakter daşıdığını bildirir.

"Biz artıq o qədər şeyə sanksiya tətbiq etmişik ki, sanksiya tətbiq etməyə yeni hədəf yoxdur," deyə Dövlət Departamentinin Kəşfiyyat və Tədqiqat Bürosunun Şimal-şərqi Asiya şöbəsinin sabiq rəisi Con Meril bildirir.

Lakin ekspertlər Şimali Koreyanın şirkətlərinə qarşı sanksiyaları artırmağın mümkün olduğunu deyirlər.

Gənc Kim Conq Unun rəhbərliyi altında Şimali Koreya əvvəlki qədər repressiv qalır.
Gənc Kim Conq Unun rəhbərliyi altında Şimali Koreya əvvəlki qədər repressiv qalır.

BMT-nin Şimali Koreya üzrə ekspert panelinin sabiq üzvü deyib ki, "Şimali Koreyaya xarici dəstək Şimalın gizli şirkətlərindən gəlir."

O həmçinin bildirib ki, gizli şirkətləri vasitəsilə Şimali Koreya ilə əməkdaşlıq edən xarici vətəndaşlar da Vaşinqtonun sanksiyalarına potensial namizəddir.

Şimali Koreyaya qarşı tədbiq olunan əlavə sanksiyaların nəticə verməsi üçün eskpertlər üçüncü ölkənin təşkilatları və vətəndaşlarına qarşı sanksiya tədbiq etmək imkanının yaranmasının vacib olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG