Accessibility links

Kim Conq Unun Rusiya səfərinin pərdəarxası məqamları [Təhlil]


Moskva rəsmiləri bildirir ki, Kim Conq Un may ayında Rusiyada İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqının Almaniya üzərində qələbəsi şərəfinə təşkil olunan bayram tədbirlərində iştirak edəcək. Şimali Koreya liderinin baş müttəfiqi olan Çini ziyarət etmədən öncə Rusiyaya getməsi Çin-Koreya əlaqələrinin kəsilməsinin nişanəsi ola bilər.

Cənab Kim 2011-ci ildə hakimiyyətə gəldikdən bəri beynəlxalq səfərdə olmayıb.

Vladimir Putin
Vladimir Putin

Seulda yerləşən Kukmin Universitetinin professoru Andrey Lankov bildirir ki, Şimali Koreya lideri ilk beynəlxalq səfərini Rusiyaya etməsi Şimali Koreyanın əsas müttəfqi və ticarət partnyoru Çinə qarşı laqeydlik kimi qarşılanacaq.

Pxenyanın Pekinlə münasbiətləri cənab Kim hakimiyyətə gələndən sonra, əsasən də 2013-cü ildə Şimali Koreya beynəlxalq xəbərdarlıqların və BMT sanksiyaların ziddinə üçüncü nüvə sınağı həyata keçirməsindən sonra gərginləşib.

Çin prezidenti Şi Cinpinq indiyədək Şimali Koreyada səfərdə olmayıb və Kim Conq Un ilə şəxsən görüşməyib.

Çin və Rusiya BMT-nin Şimali Koreyanın nüvə və raket testlərinə qarşı sanskiyaları dəstəkləyiblər. Lakin Çin Şinali Koreyanın nüvə silahı proqramına son qoymaq üçün beynəlxalq diplomatik səylərdə daha çox iştirak edib.

Çin prezidenti Şi Cinpinq
Çin prezidenti Şi Cinpinq

Seulun Donqquk Universitetinin Şimali Koreya üzrə professoru Kim Yonq-hyun bildirib ki, Çin beynəlxalq tənqidlərdən narahat olduğu üçün nüvə silahı proqramı ilə bağlı razılıq əldə olunmadığı halda Kim Conq-Unu dəvət etmir.

Çin prezidenti Şi Cinpinq Şinali Koreyada səfərdə olmayıb və Kim Conq Un ilə şəxsən görüşməyib. Lakin ötən il ərzində cənab Cinpinq altı dəfə Cənubi Koreyaya səfər edib və prezident Gön-hye ilə görüşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG