Accessibility links

Hikmət Hacıyev: Azərbaycan Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşır


Hikmət Hacıyev
Hikmət Hacıyev

Ukrayna səfiri Azərbaycanın AŞPA-nın Rusiyanın səsvermə hüququndan məhrum edilməsi qərarının əleyhinə çıxmasına etirazını bildirib

"Azərbaycan beynəlxalq hüquq və BMT Nizamnaməsi əsasında Ukraynanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşır. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zor yolu ilə dəyişdirilməsi cəhdləri qəbuledilməzdir".

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenkonun söylədiyi fikirlərlə əlaqədar açıqlamasında bildirib.

Hikmət Hacıyev deyib ki, Azərbaycan Respublikası tərəfindən BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində “Ukraynanın ərazi bütövlüyü” adlı 68/268 saylı 2014-cü il 27 mart tarixli qətnamə dəstəklənib.

Avropa Şurası Parlament Assambleyasının 2015-ci il yanvarın 26-30-da keçirilmiş sessiyasında Rusiya Federasiyası nümayəndə heyəti ilə əlaqədar məsələyə gəldikdə isə Azərbaycan xarici işlər naziri Avropa Şurası Nazirlər Komitəsinin sədri statusunda AŞPA-da etdiyi çıxışlarında və Nazirlər Komitəsinin iclaslarında Azərbaycanın Avropa Şurasında ikili standartlar və üzv dövlətlərə qarşı seçimli yanaşmanın tətbiq edilməsinin əleyhinə olduğunu bildirib.

Eyni zamanda, Avropa Şurasının əsaslandığı dəyərlər və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan Ermənistana qarşı sanksiyaların tətbiq olunması barədə dəfələrlə məsələ qaldırıb. Bu kimi məsələlərdə Avropa Şurası beynəlxalq hüququn aliliyi prinsipi əsasında vahid yanaşmadan çıxış etməlidir.

Fevralın 3-də “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Maydandan Maydana” kitabının təqdimatı zamanı Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mishenko Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Rusiyanın səsvermə hüququndan məhrum edilməsi ilə bağlı səsvermədə qərarın əleyhinə çıxmasına etirazını bildirib.

Səfir Azərbaycanın tutduğu mövqeyin düzgün olmadığını deyib və "Putin kimi hərbi xuntanı dəstəkləməkdə" ittiham edib.

Aleksandr Mishenkonu Azərbaycan nümayəndə heyətinin yekdilliklə qərarın əleyhinə səs verməsi də narahat edir.

“Axı bitərəf qalanlar da ola bilərdi. İkili standartlardan şikayətlənən Bakının özü ikili standart aparır...”, səfir qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG