Accessibility links

Yunanıstanın Rusiyadan yardım almaq ehitmalı Avropanı qəzəbləndirir [Video]


Yunanıstanın zəmanət şərtlərini pozaraq Avro valyutasını tərk etmə ehtimalı var

Yunanıstan höküməti Avropa İttifaqının Yunanıstanı xilas planlarını asanlaşdırımadığı halda Rusiyadan yardım istəyəcəyini bildirib. Bu isə Ukraynadakı münaqişəyə Rusiyanın səbəb olduğunu düşünən Avropa liderlərini qəzəbləndirir. Afina həmçinin iqtisadiyyatını bərpa etmək üçün ehtiyat planın bir hissəsi olaraq Çin və ya ABŞ-dan yardım isətəyə biləcəyini qeyd edib.

Rusiya və Yunanıstanın həmişə münasibətləri olub, bunun səbəbi isə əsasən din olub. Münasibətlər tarix boyu olub və hər iki ölkə eyni müharibələrdə savaşıb

Avropa iki böhranla üzləşir: Rusiyanın şərqi Ukraynadakı təcavüzü və Yunanıstanın zəmanət şərtlərini pozaraq Avro valyutasını tərk etmə ehtimalı.

Bu iki təhlükənin əlaqəsi olmadığı görünsə də, Londonun Kraliça Meri Universitetinin professoru Yoannis Kokkoris Yunanıstan – Rusiya əlaqələrinin çxodan mövcud olduğunu bildirir.

“Rusiya və Yunanıstanın həmişə münasibətləri olub, bunun səbəbi isə əsasən din olub. Münasibətlər tarix boyu olub və hər iki ölkə eyni müharibələrdə savaşıb.”

Bu ayın əvvəli Avropa Biriliyi Moskvaya qarşı sanskiya tətbiq edəndə Yunanıstanın yeni baş naziri bu fikrə isti yanaşmamışdı.

“İqtisadi müharibəyə çevrilən davamlı gərginliyin Avropa insanlarına müsbət təsiri olmayacaq. Buna görə də, Yunanıstan və Kipr Avropa İttifaqı və Rusiya arasında sülh və əməkdaşlıq körpüsü ola bilər.”

Yunanıstanın baş naziri Aleksis Tsipras

Yunanıstanın baş naziri Aleksis Tsipras

Tsipras Avropanın tətbiq etdiyi sərt iqtisadi tədbirlərinə son qoymaq və Yunanıstanın xilas planının şərtlərini yenidən müzakirə etmək haqqında vədlərindən sonra seçilib. Bu həftə Yunanıstan baş naziri bildirib ki, bu müzakirələr nəticə verməsə, ehtiyat planda Afinanın yardım üçün Rusiyaya üz tutacağı nəzərdə tutulub. Bu isə Avropa İttifaqı və NATO-nun ciddi narazılığına səbəb ola bilər.

Londonun Avropa İslahatı Mərkəzinin direktor müavini Saymon Tilford bunun lüzumsuz təhdid olduğunu deyir.

“Düşünürəm ki, Rusiya yardım etmək istəyəcək. Ancaq onların bunu etmək üçün kifayət qədər ehtiyatları yoxdur. Rusiyanın özündə böyük iqtisadi tənəzzül yaşanır.”

Yunanıstan Çini də potensial köməkçi kimi göstərib. Beş il öncə Pekinin nəhəng dövlət gəmiçilik şirkəti Cosco Piraeus limanını yarım milyard dollara alıb. Çinin nəzarətini genişləndirmək ambisiyası qeyri-müəyyəndir, çünki yeni hökümət dövlət borcunu azaltmaq məqsədilə özəlləşdirmə proqramlarını ləğv edəcəyinə işarə edib.

İqtisadi müharibəyə çevrilən davamlı gərginliyin Avropa insanlarına müsbət təsiri olmayacaq. Buna görə də, Yunanıstan və Kipr Avropa İttifaqı və Rusiya arasında sülh və əməkdaşlıq körpüsü ola bilər

“Çin Yunanıstanın iki limanını almaq istəyirdi, lakin yeni hökümət bunu ləngidir. İndi onlar Yunanıstanı bir az maliyyələşdirərək yeni höküməti sakitləşdirə bilər. Ancaq yenə də söhbət 200 milyard dollar borcu olan bir ölkəyə sərmayə verməkdən gedir. Onların bunu edəcəyini düşünmürəm.”

Afina ABŞ-ı da maliyyə yardımı mənbəyi kimi göstərib. Lakin Saymon Tilford deyir ki, Vaşinqton daha sərt iqtisadi tədbirlərin əleyhinə olan Yunanıstanın mövqeyini dəstəkləsə də, bu, ABŞ-ın maddi yardım verəcəyi anlamına gəlmir.

Yunanıstanın Avropadan kənardan və hətta Moskvadan yardım istəmə təhlükəsi tarazlıq siyasətinin bir hissəsi kimi qəbul edilir. Lakin təhlilçilər bildirir ki, Yunanıstan avronu tərk etməyə məcbur qalsa, iqtisadi çarəsizlik sərt üsullara yol aça bilər.

XS
SM
MD
LG