Accessibility links

Hikmət Hacızadə: Qətllər davam edir... "Hitlerlər" məğlub edilməlidir [Video-müsahibə]


Azərbaycanın Rusiyadakı keçmiş səfirinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Amerikanın Səsinə müsahibəsində Boris Nemtsovun və keçmiş SSRİ məkanıda siyasi qətllərin səbəblərindən, siyasi qatillərin susdurulmasının vacibliyindən danışır.

Amrikanın Səsi : Boris Nemtsovun qətlini keçmiş SSRİ ərazisində siyasi qətllər seriyasının davamı kimi qiymətləndirmək olarmı?

Putin zamanında təxminən 10-a qədər adam qətlə yetirilib.

Hikmət Hacızadə: Əlbəttə, bu birinci qətl deyil. Putin zamanında təxminən 10-a qədər adam qətlə yetirilib. O cümlədən, tanınmış “Forbes” jurnalının rusca nəşrinin baş redaktoru Pol Xlebnikov, jurnalist Şekaçikin, hansısa liberal düşərgənin adamları, jurnalist Anna Politkovskaya və s. Bu da həmin qətllər kimi o seriyadandır.

Liberal demokratik aktivistlərin öldürülməsi və məhv edilməsi davam edir.

Amerikanın səsi : Bəs SSR məkanında kimlər qətlə yetirilib? Bunlar barədə məlumatlısınızmı?

Azərbaycanda tarixçi Ziya Bünyadovun qətli. Onun qətli nədən oldu heç bilmədik.

Hikmət Hacızadə: Bu yaxınlarda Nazarbayevin kürəkənini türmədə asıblar. Belorusda 3-4 nəfər çox görkəmli siyasətçi, o cümlədən prezidentliyə namizəd öldürülüb, cəsədini meşədə tapıblar. Ermənistanda parlamentdə qırğın olub. Azərbaycanda tarixçi Ziya Bünyadovun qətli. Onun qətli nədən oldu heç bilmədik. Bu bir acınacaqlı haldır, amma təəccüblü də deyil.

Amerikanın səsi: Rusiya müxalifət liderinin qətli bu ölkədə siyasi münasibətlər sistemində hansı yeniliklər yaradacaq? Ölkədə müxalifətin mövüqeyi həlledici ola bilərmi?

Bütün bunlar yada düşəcək. Birdən partlayacaq . Ama dərhal, indi gözləmirəm.

Hikmət Hacızadə: Yox. Bilavasitə bundan sonra mən inanmıram müxalifət üstələsin iqtidarı. Amma, bütün bunlar xalqın yaddaşında yığılır, sonra birdən partlayır. İndinin özündə Putinin reytinqi, xüsusilə bu Ukrayna hadisələrinə görə çox yüksəkdir. Təxminən 80 %-ə yaxındır. Mən inanmıram ki, bir dənə belə bir qətlnən dərhal onun reytinqi aşağı düşəcək.

Əlbəttə ki, bu Rusiya üçün çox pisdir, ziyanlıdır. Əhalinin yaddaşında da bu qalmaya bilməz. Bütün bunlar yada düşəcək. Birdən partlayacaq . Ama dərhal, indi gözləmirəm.

Amerikanın Səsi : Bəs cəmiyyətdə liberallıq yaranması baxımından vəziyyəti necə qiymətləndirirsiniz? Rusiya cəmiyyətində liberallaşma prosesi gedə bilərmi?

İndi liberallaşma yox, antiliberallaşma gedir ölkədə.

Hikmət Hacızadə: Əvvəl axır gedəcək. İndi isə ölkə rəhbərliyi Ukraynada böyük bir əməliyyat keçirir və elektron mass-media onların əlindədir. Propaqandasını da eləyir. Əhali onu dəstəkləyir. Əhalinin beyni yuyulub. İndi liberallaşma yox, antiliberallaşma gedir ölkədə.

Amma bu səhv siyasətdir. Ölkəni idarə etmək üçün beyin lazımdır. Belə beyinlər yoxdur.

Beyinin nəticələrini biz Ukraynada gördük. Demək səhv yerlərdə də səhv addım atırlar. Bu səhv addımlar böyük bir böhrana gətirib çıxaracaq. Mən onu gözləyirəm. Bax o, böhrandan sonra bəlkə ayıldı xalq.

Amerikanın Səsi : Siyasi qətllərə ehtiyac yaranmaması üçün nə edilməlidir?

Cəmiyyətlər susdurulub, cəmiyyətlər elə bir hansısa çuxura düşüb. Məsələn, ikinci Dünya müharibəsi ərəfəsində bir çox cəmiyyətlər həmin bu vəziyyətdə idi.

Hikmət Hacızadə: Demokratik tədris olmalıdır, xaricdən yardım olmalıdır. Cəmiyyətin qəhrəmanları olmalıdır. Kimdə ki, qəhrəman deyil qəhrəmanı dəstəkləməlidir.

Cəmiyyətlər susdurulub, cəmiyyətlər elə bir hansısa çuxura düşüb.

Məsələn, ikinci Dünya müharibəsi ərəfəsində bir çox cəmiyyətlər həmin bu vəziyyətdə idi. Həm alman, həm macar, yapon və s.

Faşizm yayılıb. Cəmiyyətlər faşist ideologiyasını qəbul edib. İrqçilik, dözümsüzlük yalançı vətənpərvərlik. Necə ki, Avropada ikinci Dünya müharibəsindən dərhal əvvəl ovqat var idi, indi keçmiş Sovet məkanında həmin ovqat var. Əfsuslar olsun ki, bu belədir.

Böyük bir böhran olmalıdır, böyük təlatümlər olmalıdır. Sonra bəlkə onlar oyandılar. Onların Hitlerlərini məğlub eləmək lazımdır. Dünya bu işlə məşğul olmalıdır. Mən görürəm ki, cəmiyyətlərdə əfsuslar olsun ki, o güc qalmayıb.

XS
SM
MD
LG