Accessibility links

Sabiq prezident Nikola Sarkozinin partiyası Fransa seçkilərində qələbə çalıb


Sabiq Fransa prezidenti Nikola Sarkozinin rəhbərlik etdiyi mühafizəkar UMP partiyası bazar günü yerli seçkilərdə birincilik qazanıb. Partiya ultra-sağcı Milli Cəbhəni cüzi səs fərqi ilə məğlub edib.

UMP bazar günü seçkilərinin birinci raununda 29 faiz, Milli Cəbhə isə 25 faiz səs toplayıb.

Prezident Fransua Ollandın hakim Sosialist partiyası isə 22 faiz səslə arxada gəlib.

Milli Cəbhə partiyasının lideri Marine Le Pen seçkilərdə səs verir. Henin-Beaumont, şimali Francsa. 22 mart, 2015.
Milli Cəbhə partiyasının lideri Marine Le Pen seçkilərdə səs verir. Henin-Beaumont, şimali Francsa. 22 mart, 2015.

Milli Cəbhənin lideri Marine Le Pen nəticələri “nəhəng uğur” adlandırıb.

Təhlilçilər bildirir ki, UMP və Sosialist seçicilər Milli Cəbhəni hakimiyyətdən kənarda saxlamaq üçün yekun raundda səylərini birləşdirəcəklər.

Milli Cəbhə anti-immiqrant, anti-İslam və anti-avro platformasına görə tanınır, və bu üzdən təhlilçilər onun özünə müttəfiq tapmaqda çətinlik çəkəcəyini proqnozlaşdırır.

Adətən rəqib sayılan Sosialistlər və UMP Milli Cəbhənin hakimiyyətə gəlməsi perspektivini Fransanın gələcəyi üçün təhlükə kimi qiymətləndiriblər.

XS
SM
MD
LG