Accessibility links

Cövhər Tsarnayevin cəzası açıqlanacaq


Boston marafonunun hücumçusu Cövhər Tsarnayevin məhkəməsində prokuror və vəkillər yekun çıxışlarını etməlidir.

Onu müdafiə edən vəkillər Tsarnayevin 2013-cü ilin aprel ayında 4 adamın ölümündəki rolunu qəbul edib. Bu gün məhkəmədə son iddialara əsasən müttəhimin ölüm cəzasına məhkum edilib-eldilməyəcəyi məlum olacaq.

Münsiflər məhkəməsi Tsarnayevi günahkar tanısa, onun cəzasına qərar veriləcək.

Vəkillərin Cövhərin böyük qardaşı Tamerlanın təsiri altına düşdüyünə dair iddiası məhkəmə tərəfindən qəbul edilməyib. İndi vəkillər cəza dinləmələrində bu iddianı yenidən irəli sürməlidir.

Tsarnaye ölüm və ya ömürlük həbs cəzasına məhkum edilə bilər.

XS
SM
MD
LG