Accessibility links

Müsavat Partiyası yürüş keçirəcək


Müsavat Partiyasının "Siyasi məhbuslara azadlıq!" mitinqi

Müsavat Partiyasının "Siyasi məhbuslara azadlıq!" mitinqi

Müsavat Partiyası aprelin 19-da yürüş keçirmək barədə qərar qəbul edib.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah Amerikanın Səsinə bildirib ki, yürüş aprelin 19-da saat 16-da metronun 20 Yanvar stansiyasının qarşısından başlayaraq Həsən bəy Zərdabi küçəsi ilə davam edəcək və Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) qətnamənin oxunuşu ilə başa çatacaq.

Aksiyada ölkədə ağırlaşan iqtisadi duruma etiraz ediləcək, siyasi və vicdan məıhbuslarının azadlığı tələb ediləcək.

Müsavat Partiyası yürüşün keçirilməsi ilə bağlı bu günlərdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

XS
SM
MD
LG