Accessibility links

MTN Pakistan, İraq və Suriyada qanunazidd silahlı münaqişələrdə iştiraka görə 7 nəfəri saxlayıb


Naxçıvan sakini MTN-ə çağırılıb və cəsədi qaytarılıb
Naxçıvan sakini MTN-ə çağırılıb və cəsədi qaytarılıb

Milli Təhlükəsizlik Nazirliyi (MTN) keçirdiyi anti-terror əməliyyatları nəticəsində Azərbaycanın hüdudlarından kənarda qanunazidd silahlı münaqişələrdə iştiraka görə Azərbaycan vətəndaşları Aydın Qaragözov, Hafiz Ramizzadə, Telman Bəkirov, Mübariz Tahirov, Cavid Qasımov, Fəzail Vəlizadə və Tural Məmmədovu şübhəli şəxs qismində tutub.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsinin məlumatına görə, faktlarla bağlı nazirliyin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının ərazisindən kənarda qanunvericilikdə nəzərdə tutlmayan silahlı birləşmə və ya qruplar yaratma) və 283-1.3-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb.

Aydən Qaragözov, Hafiz Ramizzadə, Telman Bəkirov, Mübariz Tahirov, Cavid Qasımov, Fəzail Vəlizadə və Tural Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, Hafiz Ramizzadə və Aydın Qaragözov Pakistan ərazisində həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak edib. Belə ki, Hafiz Ramizzadə 2007-2012-ci illərdə, Aydın Qaragözov isə 2011-2013-cü illərdə Pakistanın Vəziristan vilayətində “Təhriki Taliban” adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki “Tayfatul Mansura” adlı silahlı dəstənin fəaliyyətində iştirak edib.

Təqsirləndirilən digər şəxslər Telman Bəkirov, Mübariz Tahirov, Cavid Qasımov, Fəzail Vəlizadə və Tural Məmmədov 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriyanın və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD” terrorçu təşkilatının fəaliyyətində iştirak edib.


XS
SM
MD
LG