Accessibility links

Paul Joyal: Cənubi Qafqaz barıt çəlləyinə bənzəyir [Video-Müsahibə]

  • Əsgər Möhsümoğlu

Təhlilçi Paul Joyal sabiq Sovet məkanında çox vaxt keçirib. Öz təcrübə və düşüncələrini Amerikanın Səsi ilə paylaşan cənab Joyal Qərblə Rusiya arasında artan gərginlikləri, Ukrayna və Cənubi Qafqazda müşahidə olunan prosesləri şərh edir.

Amerikanın Səsi: Sovet İttifaqı dağılandan az sonra siz Rusiya və Qafqaza getmişdiniz. Həmin vaxtları, atmosferi necə xatırlayırsınız? Öz ilkin təəssüratlarınızı təsvir edə bilərsinizmi?

Paul Joyal: Bu inanılmaz bir təcrübə idi. Moskvada aeroporta qədəm qoyanda mən buranın Qərblə müqayisədə necə bərbad durumda olduğunu gördüm. Gözləntilərdə bir dissonans var idi. Bütün həyatım boyu mən sovetlər haqda bizə rəqib olan superqüdrət kimi düşünürdüm - onlar bizi məhv etmək iqtidarında idilər. Amma mən Moskvaya, daha sonra Tbilisiyə gələndə bu ölkənin həqiqi durumunu gördüm, və bu, gözləntilərimə qətiyyən uyğun gəlmirdi. Eyni zamanda, bu, həyəcanlı, ümidlə dolu bir vaxt idi. Mən dövlət çevrilişi cəhdindən az sonra, sentyabrda Moskvada idim. Cəmiyyət ümid və gözləntilər içərisində idi. İnsanlar dəyişikliyə can atırdılar.

Amerikanın Səsi: Siz Rusiya və Gürcüstanda xeyli vaxt keçrimisiniz. Bu ölkələr həmin vaxtlardan bəri iki fərqli istiqamətlərdə təkamül ediblər. Eyni fikri Baltikyanı respublikalar, Ukrayna və başqa sabiq Sovet respublikaları haqda da demək olar. Bu fərqləri nə ilə izah edərdiniz? Niyə bəzi millətlər demokratiya, o biriləri isə avtoritarizm yolunu tutdular?

Əvvəla ondan başlayaq ki, Rusiya həmişə imperiya olub. O, bir milli dövlət olaraq təkamül etməyib. Həmişə bütöv bir qitəni əhatə edən multi-etnik imperiya olub.

Paul Joyal: Gözlənitlərlə reallıq arasındakı uçurumu anlamağa çalışanda, bəzi faktorlara nəzər salmaq lazımdır. Əvvəla ondan başlayaq ki, Rusiya həmişə imperiya olub. O, bir milli dövlət olaraq təkamül etməyib. Həmişə bütöv bir qitəni əhatə edən multi-etnik imperiya olub. Ruslar üçün müstəqillik anlamı da başqlarından fərqli olub. Məsələn Qafqaz və Baltikyanı respublikalar üçün müstəqillik imperiyanın caynağından qurtulmaq demək idi. Onlar öz milli kimliklərini müəyyən etməyə çalışırdılar. Əslində Sovet hakimiyyətinə qarşı ilk müqavimət də elə Bakı və Tbilisi kimi şəhərlərdə başlandı. Rusiya isə indiyədək də öz milli kimliyini ayırd etməyib. Rus olmaq nə deməkdir? Rus milli ideyası nədir? Özəlləşdirmə və iqtisadi problemlərlə üzləşən Rusiya o səbəbdən də vərdiş etdiyi praktikaya - imperializmə üz tutdu. Gürcüstan fərqli yolla inkişaf etdi - Azərbaycandakı kimi burada hakimiyyət bir ailənin əlində qalmadı. Əlbəttə, Azərbaycan da böyük çətinliklərlə üzləşdi. Rusiya və İranın arasında qalmış ölkə torpaqlarının 20 faizini itridi. Bütün bu faktorlar millətlərin təkamül yoluna təsir göstərdi. Təəssüf ki, Rusiya bütün bu vaxt ərzində dondurulmuş konfliktlərdən sui-istifadə edərək burada, eləcə də Ukrayanda öz nüfuzunu genişləndirməyə çalışdı.

Çox sayda ruslar milli kimliklərini multi-etnik imperiyada görürlər.

Çox sayda ruslar milli kimliklərini multi-etnik imperiyada görürlər.

Amerikanın Səsi: ABŞ post-Sovet Rusiyasının formalaşmasında aktiv iştirak edib. Sizcə nəyi başqa cür etmək olardı. Əgər 1991-ci ilə qayıda bilsəyiniz, nəyi fərqli edərdiniz?

Paul Joyal: Biz hər ölkəyə ayrılıqda baxmalıyıq. Gürcüstan haqda onu əlavə edim ki, burada uğurlu nailiyyət olub. Üç il bundan öncə ölkədə hakimiyyət dinc yolla dəyişib. Hər şeyi kənara qoyaq - ölkədə müxalifətin seçkidə qalib gəlməsi, hakimiyyətin dinc yolla dəyişməsi Amerika üçün böyük nailiyyət sayılmalıdır. Burada QHT-lərin, siyasət üçün yaranmış məkanın

Boris Yeltsin demokratik təfəkkürlü adam idi. O, Rusiyaya azadlıq və demokratiya gətirməyə can atırdı, amma bunu necə etməyi bilmirdi. Yeltsin yerli mediada daim tənqid olunurdu, və o, buna icazə verirdi.

böyük rolu olub. O ölkələrdə ki, bu məkan daraldılıb, biz proseslərin əksini görmüşük. Fikrimcə, Amerikanın sivil cəmiyyətə etdiyi yatırım çox yaxşı və faydalı nəticələr verib. Rusiyanın məsələsi isə fərqlidir. Nəhəng bir ölkənin kommunimzdən başqa sistemə keçidi istənilən halda problematik olacaqdı. Yəqin ki, hər şeyi yenidən etmək mümkün olsaydı - özəlləşdirmə proqramının şəffaf və ədalətli olmasını təmin etmək mühüm bir addım olardı. Boris Yeltsin demokratik təfəkkürlü adam idi. O, Rusiyaya azadlıq və demokratiya gətirməyə can atırdı, amma bunu necə etməyi bilmirdi. Yeltsin yerli mediada daim tənqid olunurdu, və o, buna icazə verirdi. Təəssüf ki insanların gözləntiləri və reallıq arasında təzad cəmiyyətdə reaksiyalar yaratmağa başladı ki, bu, da Rusiyanı Yeltsinin tutduğu yoldan sapdırdı.

Amerikanın Səsi: Cənubi Qafqazda hazırkı situasiyanı necə dəyərləndirərdiniz? Ukraynada fərqli olaraq burada aktiv döyüşlər getmir, amma regionda donmuş konfliktlər var. Regionun gələcəyi ilə bağlı narahatlığınız varmı?

Paul Joyal: Mənim dərin narahatlıqlarım var. Hərbi baxımdan Rusiyanın davranışı gərginlik və qorxu doğurur. Rusiya bütün Asiya boyu 80 min əsgəri

Fakt budur ki, Rusiya öz qonşularını qorxutmaqla onları NATO-nun çətiri altında sığınacaq axtarmağa vadar edib. Bu ölkələr öz müstəqilliklərini itirməkdən qorxurlar.

səfərbər edib. Moskva öz əməllərinə görə NATO-nu günahlandırır, NATO-nu genişlənməkdə ittiham edir. Bu, həqiqətdən son dərəcə uzaq bir düşüncədir. Rusiya indiyədək 40 spontan hərbi təlim keçirib. NATO isə sıfır. Fakt budur ki, Rusiya öz qonşularını qorxutmaqla onları NATO-nun çətiri altında sığınacaq axtarmağa vadar edib. Bu ölkələr öz müstəqilliklərini itirməkdən qorxurlar. Hamı gördü ki, Abxaziyada, Cənubi Osetiyada, Krımda nə baş verdi. Rusiya hazırda Abxaziya və Cənubi Osetiyada nəhəng hərbi qüvvə saxlayır. Rusiya artıq Avropada hərbi qüvvələrə qoyulmuş limitlərə riayət etmir. Rusiyanın Ermənistanda hərbi bazaları var. Beləliklə Cənubi Qafqaz barıt çəlləyinə bənzəyir. Rusiya Abxaziya və Osetiyada hərbi mövcudluğunu gücləndirməklə barıtı bir qədər də çoxaldıb. Bu, çox narahatedici və təhlükəlidir.

XS
SM
MD
LG