Accessibility links

Baltimorda iğtişaşlar


Nümayişçilər polis maşınına hücum edirlər. Baltimor, Merilend. 27 aprel, 2015.
Nümayişçilər polis maşınına hücum edirlər. Baltimor, Merilend. 27 aprel, 2015.

Baltimor küçələrində vüsət alan xaos və zorakılıq dalğası polislərlə toqquşmalar və bir neçə nəfərin yaralanması ilə nəticələnib.

Merilend ştatının qubernatoru Larry Hogan fövqəladə vəziyyət elan edərək Milli Qvardiyanı səfərbər edib.

"Bu gün Baltimorda baş verın qarət və zorakılıq aktlarına dözməyəcəyik," deyə Qubernator Hogan bildirib. "Etiraz aksiyası ilə zorakılıq arasında fərq var, bu işləri görənlər qanun qarşısında cavab verəcəklər."

Baltimor şəhərinin meri deyir ki, əldə olan bütün resurslar situasiyanın nəzarət altına alınması üçün işə salınıb.

Freddie Gray-in dəfninin ardınca nümayişçilər polislə toqquşur. Baltimor, Merilend. 27 aprel, 2015.
Freddie Gray-in dəfninin ardınca nümayişçilər polislə toqquşur. Baltimor, Merilend. 27 aprel, 2015.

"Bu gün şəhər küçələrində gördüklərimiz son dərəcə həyəcan doğuran olaylardır," deyə Mer Stephanie Rawlings-Blake müxbirlərə bildirib. "Bir neçə nəslin tikdiyi şəhəri xuliqanlar dağıtmaq istəyir."

Axşam saat 10-dan səhər saat 5-dək kommendant saatı elan edilməsinə baxmayaraq şəhər küçələrində kütlələr polislərlə toqquşmaqda, polislərə hücum etməkdə davam edir.

Bazar ertəsi baş qaldıran zorakılıq dalğası Freddie Gray adlı afro-amerikalı gəncin dəfn mərasimindən sonraya təsadüf edir. 25 yaşlı gənc aprelin 12-də həbs edilmiş, bir həftə sonra onurğa sütununa dəymiş zədə üzündən vəfat etmişdir.

Gray ailəsinin vəkili Billy Murphy mərhumun ailəsinin əmin-amanlığa çağırdığını bildirib.

Polis onlarla iğtişaşçının həbs olunduğunu xəbər verir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG