Accessibility links

Obama: İqlim dəyişikliyi ABŞ üçün milli təhlükəslik məsələsidir


ABŞ prezidenti Barak Obama qlobal iqlim dəyişikliyinin təbii fəlakətlər və humanitra böhranlar riskini artıraraq ölkənin milli təhlükəsizliyinə birbaşa hədə törətdiyini bildirib.

Amerika lideri bu gün Konnektikut ştatının Nyu London şəhərində ABŞ-ın Sahil Mühafizə Akademiyasının məzunları qarşısında çıxş edib. Ağ Evin bildirdiyinə cənab Obama akademiyanın məzunlarına qlobal iqlim dəyişikliyinin hərbi qurumların Birləşmiş Ştatları müdafiə etməsinə hansı şəkildə təsit göstərdiyi və dünyanın qlobal səviyyədə hava temperaturunun artmasının təsirlərinə qarşı təcili mübarizə aparmasının əhəmiyyətini izah edəcək.

Cənab Obamanın çıxışında deyilir ki, iqlim dəyişikliyi, xüsusilə də dəniz səviyyəsinin qalxması Amerikanın milli təhlükəsizliyi, iqtisadiyyatı, infrastrukturu və amerikalıların əmin-amanlığı və sağlamlığına hədə törədir.

“İqlim dəyişikliyi bizim qüvvələrimizin hazırlığına təhlükə yaradır. Bizim hərbi obyektlərimizin çoxu Sahil Mühafizə Xidmətinin bazaları da daxil olmaqla sahil bölgələrindədir”-deyə ABŞ prezidenti bildirib.

Prezident Obama akademiyanın məzunlarına deyib ki, onlar iqlim dəyişikliyinin təsirlərinin aydın şəkildə özünü büruzı verdiyi bir dünyada xidmətə başlayacaq zabitlərin yeni nəsəlini təmsil edirlər.

Ağ Evin bildirdiyinə görə, Pentaqon hərbi qüvvələrin 7 mindən çox bazası və obyektinin qlobal iqim dəyişikliyinin təsirlərinə müqaviməti və tez-tez baş verən təbii fəlakətlərlər qarşısında Milli Mühafizə Xidmətinin mümkün genişləndirilməsi məsələsini nəzərdən keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG