Accessibility links

Elmar Məmmədyarov Rusiya xarici işlər naziri ilə Dağlıq Qarabağı müzakirə edəcək


Elmar Məmmədyarov və Sergey Lavrov

Elmar Məmmədyarov və Sergey Lavrov

Gələn həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfəri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Bu barədə jurnalistlərə nazir E.Məmmədyarov məlumat verib.

Məmmədyarov mayın 24-də Rusiyaya səfər edəcək, mayın 25-də nazir Lavrov, Dövlət Dumasının sədri Sergey Narışkin və başqa rəsmilərlə görüşəcək.

Nazir Məmmədyarov bu gün Qara dəniz və Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı Beynəlxalq təşkilatı Baş Assambleyası və Direktorlar Şurasının Bakıda keçirilən iclasındakı çıxışı zamanı da Dağlıq Qarabağ probleminə toxunub.

Onun firkincə, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş vəziyyətdə qala bilməz, gec-tez həllini tapacaq.

"Həlli mümkün olmayan münaqişələr yoxdur. Danışıqların iştirakçısı kimi deyə bilərəm ki, nikbinliyə ümidlər var. Gec-tez biz bu məsələni həll edəcəyik, çünki bu münaqişə indiki kimi dondurulmuş vəziyyətdə qala bilməz".

Nazir bunun üçün dəqiq beynəlxalq hüquqi bazanın olduğunu deyib, bu zaman BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xatırladıb.

"Təəssüflər olsun ki, Ermənistanın hazırkı rəhbərliyi ilə razılığa gəlmək olduqca çətindir. Lakin, Ermənistan rəhbərliyinə aydın düşüncəli insanlar gələcək və onlar başa düşəcəklər ki, qonşuları ilə yaxşı münasibətlər qurmaq ölkə daxilində uğurlara nail olmaq üçün zəmin yaradır".

Məmmədyarov vurğulayıb ki, Ermənistanın hazırkı rəhbərliyinin uğursuz siyasəti bu ölkəni Cənubi Qafqazda həyata keçirilən bütün iri layihələrdən kənarda qoyub.

Xatıraladaq ki, Minsk qrupunun həmsədrlərinin mayın sonu və ya iyunun əvvəlində regiona səfər edəcəyi bildirilir. Həmsədrlər prezidentlərin növbəti görüşünü hazırlamaq məqsədi ilə tərəflərlə müzakirələr aparacaq.

XS
SM
MD
LG