Accessibility links

Üzündən və səsindən İbrahim Tatlısəsə bənzəyən İran Azərbaycanından olan gənc müğənni Səccad Məhəmmədi artıq bir müddətdir ki, Türkiyənin media və sənət dairələrinin diqqətindədir.

Xoş avazlı güneyli müğənniyə türklər “Səccad Tatlısəs” ləqəbi veriblər.

TRT-nin məlumatına əsasən, İbrahım Tatlısəslə sıx münasibətləri olan gənc müğənni bir neçə ildir ki, Türkiyədə böyük maraqla izlənilir.

Səccad Məhəmmədi 1988 ildə Qara Ziaəddin şəhərində anadan olub və 17 yaşından oxumağa başlayıb.

Əsgər Baqeri və İbrahim Tatlısəs

Əsgər Baqeri və İbrahim Tatlısəs

Son illərdə İran Azərbaycanında musiqi sənətinin sürətli inkişafına paralel olaraq yeni nəsil müğənnilərin sayı çoxalmaqdadır.

Ötən il Əsgər Baqeri adlı güneyli müğənni “O Səs Türkiyə” mahnı müsabiqəsində böyük nailiyyət əldə etmişdi.

XS
SM
MD
LG