Accessibility links

Amerika Ali Məhkəməsi müsəlman qadının xeyrinə qərar çıxardı


ABŞ-ın Ali Məhkəməsi baş örtüyü geydiyinə görə işə götürülməyən amerikalı qadının xeyrinə qərar çıxarıb.

Dini etiqadına görə başını örtən 17 yaşlı müsəlman Samantha Elauf, 2008-ci ildə Amerikanın mərkəzi ştatı Oklahomada yerləşən Abercrombie & Fitch dizayner mağazasının iş müsahibəsində rədd cavabı aldıqdan az sonra məhkəməyə müraciət etmişdi.

Elaufla görüşən mağaza müdirinin assistenti ona iş kvalifikasiyasının çatdığını desə də, mağazanın müdiri onu hicabın geyim kodlarına uyğun gəlmədiyinə görə işə qəbul edilməyəcəyini söyləmişdi.

ABŞ Ali Məhkəməsinin binası

ABŞ Ali Məhkəməsinin binası

Elauf həmin qaydaların öz dininə uyğunlaşdırılmasını tələb etməmişdi. Lakin Ali Məhkəmənin qərarına əsasən bizneslər insanların ehtiyaclarını nəzərdən keçirməyə borcludur. Belə ki, ABŞ qanunları dini əsasda ayrı-seçkiliyi qadağan edir.

9 hakimdən ibarət məhkəmə heyətində 8:1 nisbətində verilən hökmdə hakimlər Elauf və Amerikanın Bərabər İş İmkanları Komissiyasının tərəfini tutub. Federal agentlik Elaufun işini himayə altına almışdı. Bundan əvvəl Appelyasiya Məhkəməsi aşağı dairəli məhkəminin Elaufa 20,000 dollar kompensasiya ödənilməsi haqda qərarını rədd etmişdi

Sosial mediada dolaşan məlumata görə hazırda Elauf “Urban Outfitters” adlı başqa dizayner şəbəkəsind' bir mağazanın müdiridir.

XS
SM
MD
LG