Accessibility links

İraq təhlükəsizlik rəsmiləri deyirlər ki, bazar ertəsi İŞİD militantları partlayıcı dolu bir tankı polis məntəqəsinə sürərək partladıblar. Nəticədə azı 37 nəfər ölüb və onlarla yaralanan var.

Samirə şəhəri yaxınlığında törədilən intiharçı hücumu təhlükəsizlik qüvvələri və sursat anbarını hədəf alaraq hərbi bazada ikinci partlayışa səbəb olub.

Hərbi və silahlı qüvvələr bu bölgədən İslam Qövlətinə qarşı əməliyyatların platsdarmı kimi istifadə edirlər.

ABŞ-ın başçılığı altında koalisiya qüvvələri gecə ərzində İŞİD-in regiondakı 23 hədəfinə hava zərbələri endiriblər. Zərbələr əsasən Suriyanın Hasaka vilayətində həyata keçirilb.

XS
SM
MD
LG