Accessibility links

İranda casusluq ittihamı ilə həbs edilmiş Washington Post qəzetinin müxbiri Jeyson Rezayanın məhkəməsi bu gün davam edib.

İttihamları rədd edən Rezayanın məhkəməsi bu gün Tehran İnqilab Məhkəməsində bağlı qapılar arxasında keçirilib.

İranın yarı-rəsmi Tasnim xəbər agentliyi yazır ki, Rezayan suallara ingilizcə cavab verib və ifadəsinin tərcüməsi hakimə təqdim olunub.

Rezayanın vəkili Leyla Ahsa bildirib ki, o, casusluq və ölkədə məxfi məlumat toplayıb düşmənə verməkdə, həmçinin ABŞ prezidenti Barak Obamaya məktub yazıb və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə ittiham olunur.

Rezayanın anası Məryəm xanım Associated Press-ə bildirib ki, oğlu ,"çox kədərli" və "çox yorğun" dur. O, sözlərinə görə, oğlu "sevdiyi bir ölkədən reportaj yazdığı üçün casusluqda ittiham edilir”.

İran mətbuatı ilk məhkəmədə Rezayanın 2008-ci ildə Obamaya İranla ələqələri inkişaf etdirmək haqqında yazdığı məktubun oxunduğunu yazır.

Washington Post icraçı redaktoru Martin Baron deyib ki, Rezayan 2008-ci il seçkilərindən sonra Obama administrasiyasında çalışmaq üçün müraciət etsə də, heç zaman işə qəbul edilməyib.

İranlı səlahiyyətlilər iyul ayında Rezayan və onun həyat yoldaşı Yeganə Salehi və bir foto müxbiri nəzarət altına alıblar. Rezayandan başqa bütün nəzarətə alınanlar sərbəst buraxılıb.

Washington Post-un müxbiri Salehi də Tehranda qalır və xaricə çıxması qadağan edilib.

Rezayan ikili ABŞ-İran vətəndaşıdır, lakin İran vətəndaşları üçün ikili vətəndaşlığı tanımır.

XS
SM
MD
LG