Accessibility links

Somalidə yaraqlılar milli kəşfiyyat agentliyinin bazasına hücum edib


Somalidə Əl-Şəbəb yaraqlılarının paytaxt Moqadişuda kəşfiyyat agentlyinin obyektinə hücumu nəticəsində bir təhlükəsizlik agenti ölüb, iki agent yaralanıb.

Milli kəşfiyyat və təhlükəsizlik agentliyinin Moqadişudakı bazasına hücum maşında yerləşdirilmiş bomba partlayışı ilə başlayıb.

Kəşffiyyat agentlyinin açıqladığı bəyanatda “hücumun qarşısının təhlükəsizlik qüvvələri tərəfindən alındığı və bazaya heç kəsin daxil ola bilmədiyi” deyilir.

Bununla belə, mediada şiddətli atışmaya baxmayaraq, hücumçuların bazaya daxil olmaq üçün döyüşdüyü haqda məlumat verilib.

Rəsmilər hücum zamanı üç yaraqlının qətlə yetirildiyini bildirib.

Somali rəsmilərinin Amerikanın Səsinə bildirdiyinə görə, maşında yerləşdirilmiş bombanın partlaması nəticəsində bazanın darvazası deyil, “yanlış hədəf” olan qonşuluqdakı yaşayış binasının qapısına zərər dəyib.

Şənbə günü Moqadişudan təxminən 30 kilometrlik məsafədə yerləşən Afqoyedə yoxlama məntəqəsinə hücum nəticəsində Somalinin 15 polis zabiti öldürülüb.

XS
SM
MD
LG