Accessibility links

Yunanıstanın borc böhranından xilası üçün vaxt daralır


Avropada Yunanıstanın xarici borcları ilə bağlı böhrandan xilas planı gündəmdədir. Baş nazir Aleksis Tsipras ölkəsinin avro blokundan xaric edilməməsi üçün islahat təklifləri üzərində çalışır.

İflasdan xilas olmaq və yunan banklarının tükənmiş maliyyə ehtiyyatlarını yenidən doldurmaq üçün rəsmi Afina bu gecəyarısına qədər iqtisadi planlarını təqdim etməlidir. Ölkənin beynəlxalq kreditorları olan Beynəlxalq Maliyyə Fondu, Mərkəzi Avropa Bankı və Avropa ölkələri sözügedən təkliflər paketini nəzərdən keçirmək üçün bazar günü növbədən kənar zirvə toplantısında görüşəcəklər.

Yunanıstanın digər Avropa ölkələri ilə mürəkkəb münasibətləri fonunda yaranmış böhrandan çıxışa yardım ümidi ilə Avropanın fond birjaları cümə axşamı kəskin gəlir artımları qeydə alıblar.

Baş nazir Tsipras bazar ertəsindən etibarən korporasiyaları və bahalı məhsuları əhatə edəcək ciddi vergi artımlarının və pensiya islahatlarının icra ediləcəyinə söz verib. O, çərşənbə axşamı Avropa Parlamentinə keçirilmiş görüşdə Yunanıstanın “əsaslı təkliflər və etibarlı islahatlar” hazırlayacağını bildirib.

Yunanıstan lideri təkliflərinin detallarını müzakirə etmək üçün maliyyə nazirliyinin rəsmiləri ilə görüşüb. Avropa liderlərinin bəziləri yunanların böhrandan çıxışla bağlı təkliflərin müzakirəsində razılığa gələcəklərinə ümidli olduqlarını bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG